“Zirə”nin kapitanı Elvin Məmmədov Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra Qol.az-ın suallarını cavablandırıb.
- İlk olaraq oyun haqqında fikirlərini öyrənək.
- Bizim üçün önəmli oyun idi. “Sumqayıt” turnir cədvəlində 4-cü pillədə idi, aramızda iki xal fərq vardı. Avroliqaya vəsiqə qazanmaq üçün bu matçı qazanmaq vacib idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. “Qəbələ” və “İnter”lə heç-heçə etdik. Bu da bizim 4-cü pilləyə qalxmağımıza mane oldu. “Sumqayıt”la oyunda qələbə qazanmalı idik. Bunu da bacardıq.
- İlk qolu vurduqdan sonra komanda daha bir neçə real qol vəziyyəti yaratdı, ancaq son nöqtəni qoyan olmadı...
- Artıq neçə matçdır ki, qol vurmaq üçün hər şeyi edirik, amma son anda nəsə çatışmır. Məşqlərdə bunun üzərinə çox çalışırıq. Əvvəlki oyunlara nisbətən, hücumda problemlərimiz yavaş-yavaş düzəlir. Daha çox çalışıb, bu problemləri aradan qaldırmağa çalışacağıq.
- Düşünürsən ki, mövsümün sonuna qədər turnir cədvəlində öz mövqeyinizi qoruya biləcəksiniz?
- Qarşıda hələ çətin matçlarımız var, güclü rəqiblərlə qarşılaşacağıq. Qış fasiləsindən sonra oyunlara daha ciddi hazırlaşmağa çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, ən azından 4-cü yerdə möhkəmlənib, Avroliqaya vəsiqə qazanaq.
- Vacib qələbədən sonra baş məşqçi sizə nələr dedi? Razı qaldı göstərdiyiniz oyundan?
- Oyunu hələ analiz etməmişik, o haqda danışmamışıq. Sadəcə, qələbəyə görə bizi təbrik etdi. Düzdür, oyunda səhvlərimiz də oldu, bəzi qol epizodlarından yararlana bilmədik. Amma bunu daha sonra danışacağıq.
Məftun RƏSULZADƏ
Türkiyə millisi pley-offun finalında
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi