Millimizin oyununun hakimləri bəlli oldu

Millimizin oyununun hakimləri bəlli oldu
ÖLKƏ FUTBOLU 8 Noyabr 2016 / 02:02 5267
-  A +

Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri bəlli olub.
 
Qol.az-ın məlumatına görə, oyunu fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kleman Torpen olacaq. Ona Nikola Danos və Kril Qrinor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.
 
Qeyd edək ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner