"Hələ 10 il daha oynaya bilərəm" - Ronaldo

"Hələ 10 il daha oynaya bilərəm" -  Ronaldo
GÜNDƏM 7 Noyabr 2016 / 18:32 3752
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo komandası ilə yeni müqavilə imzalamasından danışıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu bundan sonra hələ daha 10 il futbol oynaya biləcəyini deyib:

“Bu, mənim “Real”la imzaladığım sonuncu müqavilə deyil. Bunu hamı bilsin. Futbolçu karyeramı "Real”da başa vurmaq istəyirəm”.

Qeyd edək ki, 2009-cu ildən Madrid klubunda çıxış edən portuqaliyalı futbolçunun yeni müqavilə müddəti 2021-ci ilə qədərdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner