“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubuna qarşı keçirdikləri oyunu (0:0, penaltilər 4:5) şərh edib.
Qol.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
- Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komanda idi, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Deyərdik ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qolun vurulmasına mane oldu. Penaltilər isə lotereyadır. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi.
- Sanki 5-ci penaltini vuranı tapmırdınız...
- İlkin kapitandır və məsuliyyəti öz üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona “sağ ol” deyirəm. Penaltilər seriyasına hazır idik, məşqdə bunların üzərində işləmişdik. Təəssüf ki, həmin penalti vurası oyunçular çəkindilər. Çəkinməsəydilər, bu gün qələbə bizimlə olardı.
- Bu inamsızlığa görə futbolçular cəzalanacaq?
- Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Əgər yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inam yox idi. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penaltilər seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.
- Cavid İmamverdiyevin oyunundan razı qaldınız?
- Cavid hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Bu üzdən Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.
- Kristovao ilə bu mövsüm tək çıxış etmək alınacaq?
- Silva da hücumçudur, sadəcə hazır deyil. Kim rəqabətdə güclü olacaq, o da meydana çıxacaq.
- Rəqibin baş məşqçisi deyib ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiniz. Çempionatda bunun çarəsini tapa biləcəksiniz?
- Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdır.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord