Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ” mərhələ adlayacağı halda maddi tərəfdən də yüksək qazanc əldə edəcək.
Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytının ötən ay açıqladığı 2019/20 mövsümü üçün hesabatında qeyd edilir ki, ÇL-də pley-offa yüksələn komanda ən azı 5 milyon avro gəlir əldə edəcək. Bu məbləğ komanda pley-off-da uduzacağı halda kluba ödəniləcək. ÇL-də qrupa yüksələcəyi təqdirdə isə “Qarabağ” daxil bu mərhələnin bütün 32 iştirakçısına 15,25 milyon (üstəgəl əlavə bonuslar) veriləcək. Deməli, “Qarabağ” mərhələni keçsə, təkcə özünün və ölkəmizin reytinq xalını yüksəltməyəcək, həm də maddi gəlirini artırmış olacaq.
Yox, əgər “Qarabağ” APOEL səddini adlaya bilməyib, Avropa Liqasının pley-off-una düşsə, o halda həmin mərhələyə qədərki gəliri xeyli azalacaq. Bu zaman “Qarabağ”ın UEFA-dan alacağı mükafatın məbləği 1 milyon 140 min avro təşkil edəcək (birinci mərhələ üçün 280 min, ikinci mərhələ üçün 380 min, üçüncü mərhələdə iştirak üçün 480 min avro) .
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının qrupunda oynayacaq 48 komanda üçün isə 2,92 milyon avro mükafat nəzərdə tutulub.
Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu bu gün saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bu komandaların Kiprdə keçirilən ilk matçında Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı