DÇ-2018-in medalından imtina etdi: "Mundialda oynamamışam"

DÇ-2018-in medalından imtina etdi:<b style="color:red"> "Mundialda oynamamışam"</b>
DÇ-2018 20 İyul 2018 / 14:57 7414
-  A +

Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.

Qol.az-ın məlumatına görə, bu barədə hücumçu Xorvatiya mətbuatına açıqlama verib.

O,  komandasının uğurunda pay sahibi olmadığını əsas gətirərək medalı istəmədiyini deyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".

Qeyd edək ki, Kaliniç xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. O, Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.

Xatırladaq ki, Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.
 

Daha çox


Son xəbərlər
04.06.20  22:35

Mourinyo onu istəyir

04.06.20  19:30

Holand sağaldı

04.06.20  18:59

Raul "Şalke"də?

04.06.20  18:25

İquain zədələndi

04.06.20  10:52

Bordinin yeni klubu

04.06.20  01:16

"Ayntraxt"dan qələbə

03.06.20  17:26

Mina sıradan çıxdı