Miloş Zeçeviç: “Rəvan” avrokuboklara düşə biləcək”

Miloş Zeçeviç: “Rəvan” avrokuboklara düşə biləcək”
MÜSAHİBƏ 8 Avqust 2012 / 14:52 2259
-  A +

“Rəvan” klubunun kapitanı Miloş Zaçeviçin Qol.Az saytına müsahibəsi

- İlk öncə yeni mövsümün açılış matçında doğma meydanda “Xəzər Lənkəran”la 1:1 hesablı bərabərə qaldığınız görüşdən başlayaq...

- Bu qarşılaşmaya komanda olaraq, çox yaxşı köklənmişdik. Fikrimcə, “Rəvan” pis oyun nümayiş etdirmədi. Uşaqlar sona qədər mübarizə apardılar. İlk qolu da biz vurduq və birinci hissəni öz xeyrimizə başa vurduq. Sadəcə, bəzi epizodlarda dəqiq ola bilmədik.

- Birinci hissədə erkən qol vursanız da, hesabdakı üstünlüyünüzü sona qədər qoruya bilmədiniz. Bunun səbəbini nədə görürsən?

- Qol vurduqdan sonra daha iki real qol imkanımız oldu. Lakin bundan istifadə edə bilmədik. Rəqibin vurduğu qola gəlincə, bu, bizim kobud səhvimiz nəticəsində oldu. Özü də standart vəziyyət zamanı qol buraxdıq. Bu, məni çox təəssüffləndirdi.

- Səncə, qələbə qazanmaq üçün “Rəvan”a nə çatmadı?

- Birincisi, rəqibimiz çox səviyyəli komandadır və heyətində kifayət qədər güclü futbolçular çıxış edir. İkincisi, mənə görə, qələbə qazanmağımız üçün bir az da bəxtimiz gətirmədi.

- Ümumiyyətlə, rəhbərlik bu mövsüm qarşınıza hansı məqsədi qoyub?

- İlk “altılğ”a düşmək uğrunda mübarizə aparacağıq. Artıq 4 ildi ki, “Rəvan”da çıxış edirəm (Zeçeviç “Muğan”ı “Rəvan”dan ayri saymır – Ə.H.). İldən-ilə komandamızda irəliləyiş olduğu göz önündədir. Xüsusən də, hazırda komandanın çox tanınmış türkiyəli mütəxəssis Cavad Gülər kimi məşqçisi var. Onun təcrübəsi bizə bu yolda çox yardımçı olacaq.

- Necə düşünürsən, “Rəvan”ın avrokuboklara vəsiqə qazanmaq potensialı var?

- Bunun öhdəsindən gələ biləcəyik. Çünki çox gözəl bir heyət qurmuşuq. Oyundan-oyuna hər şey daha mükəmməl olacaq.

- Növbəti turda AZAL-ın qonağı olacaqsınız. Bu qarşılaşmada qələbə şanslarınızı necə dəyərləndirirsən?

- Rəqibin “Sumqayıt”la oyununa baxmışıq. Çox yaxşı təsir bağışladılar. Hesabda geri olsalar da, onu bərabərləşdirməyi bacardılar. Hətta bir necə qol imkanlarını da, boşa verdilər. Lakin biz AZAL-la qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Bu, bizim üçün çox vacibdir və bunun üçün əlimizdən gələni etməliyik.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi