XV tura yekun vuruldu

XV tura yekun vuruldu
PREMYER LİQA 22 Fevral 2009 / 19:55 7446
-  A +

Bu gün saat 14.00-dan etibarən Qol.Az saytı premyer-liqanın 15-ci turunun ikinci gününün oyunlarından online-reportaj yayımlayıb.


"SİMURQ" - "MUĞAN" 2:0
Zaqatala şəhər stadionu 
Hakimlər: Əfqan Həmzəyev, Akif Adıgözəlov, Mübariz Haşımov, Fuad Həsənov
Qollar: Vladimir Mazyar (71), Elşən Məmmədov (77)

Oyun başa çatdı.
77. QOL. 2:0. Bu dəfə Elşən Məmmədov fərqləndi.
71. QOL. Nəhayət ki, "Simurq" hesabda önə keçə bildi. Vladimir Mazyar fərqləndi.
70. Deyəsən, "Bakılı"nın ardınca daha bir autsayder - "Muğan" da sürprizə imza ataraq, Zaqatala səfərindən xalla dönəcək. Matçın sonuna 20 dəqiqə qalıb. "Simurq" isə hələ də rəqib qapısına yol tapa bilmir. 
69. "Simurq" arzuladığı qolu vursa da, hakim oyundankənar vəziyyət qeydə alaraq, Elşən Məmmədovun vurduğu topu hesaba almır. 
64. Artyux qapıya daha bir güclü zərbə endirsə də, top qapıdan aralı keçir.
53. "Simurq" fasilədən sonra da hücumlarını davam etdirir. Lakin "Muğan"ın arxa xətti hələ ki rəqibə sevinmək imkanı vermir. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
39. Birinci hissənin sonu yaxınlaşdıqca "Simurq" hücumlarının sayını daha da artırıb. Meydan sahiblərinin heyətində xüsusən də Sergey Artyux fəallığı ilə diqqət çəkir. "Muğan" isə demək olar ki, bütün komanda ilə müdafiə olunur.  
31. Matç eyni ssenari üzrə davam edir. "Simurq" hücum edir, "Muğan" isə müdafiə olunur.
20. "Simurq" hesabı açmağa yaxın olsa da, Malıginin zərbəsi qapıdan yan keçir.
12. Topa daha çox sahib olan tərəf "Simuq" olsa da, qonaqlar hələ ki, müdafiədə diqqətli oynayırlar. 
7. Gözlənildiyi kimi, oyuna meydan sahibləri fəal başladılar. "Simurq" erkən qol vurmağa çalışır.    
Oyun başladı



16.00
"STANDARD" - "İNTER" 0:2
"Şəfa" stadionu
Hakimlər: İmanxan Sultani, Habil Əliyev, Emil İsgəndərov, Fariz Yusifov
Qollar: Elvin Məmmədov (28), Valter Quqlemon (66)

Oyun başa çatdı. "İnter" yenidən liderliyə yüksəldi.  
90. İmanxan Sultani oyunun sonuna 3 dəqiqə əlavə etsə də, bundan sonra hesab çətin ki dəyişsin.
84. Oyunun sonları bir qədər sakit keçir. Görünür "Standart" məğlubiyyətlə barışıb.  
79. "İnter"in müdafiəçisi Milan Zaqorats sarı vərəqə ilə cəzalandırıldı 
75. "İnter"də son oyunçu dəyişikliyi baş verir. Elvin Məmmədovu Xaqani Məmmədov əvəzləyir.
73. "Standart"ın heyətində Alan Kusov sarı vərəqə ilə cəzalandırıldı
70. Kvaratsxeliya da həmkarından geri qalmaq istəmir. Gürcü mütəxəssis Rikelmeni Camal Məmmədovla, Dan Pislanı isə Fərid Quliyevlə əvəzlədi. Bununla da Fərid "Standart"ın heyətində debüt etmiş oldu.  
68. İkinci qolu vurduqdan sonra "İnter"in baş məşqçisi Valentin Xodukin asəs heyət üzvlərinə istirahət vermək qərarına gəldi. Samir Abbasovu İvan Tsetimianu, Andrey Rubinsi isə Oleq Şişkin əvəzlədi.
66. QOL. "İnter" 2:0 irəlidədir. Valter Quqlemon penaltini dəqiq yerinə yetirməklə mövsümdə 7-ci qolunu vurdu.
64. "İnter" penalti vurmaq hüququ qazanır. Amil Ağacanov ("Standart") cərimə meydançasında Petar Zlatinova ("İnter") qarşı kobud oynadı.  
56. Zərbəni qaytarmaq Vilsona heç də asan başa gəlmir. Braziliyalı qapıçı zədələnib. Hazırda həkimlər ona meydanda yardım göstərirlər.
55. "Standart" da rəqibinə borclu qalmır. Dan Pisla cərimə zərbəsindən möhtəşəm zərbə yerinə yetirsə də, "İnter"in qapıçısı Vilson səhvsiz oynayır.
49. "İnter" hesab arasındakı fərqi artırmağa yaxın idi. Lakin Zlatinovun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəydi.  
46. "İnter" ikinci hissəyə hücumlarla başlayıb.
İkinci hissə başladı
Birinci hissə başa çatdı
40. Qoldan sonra daha da fəallaşan "İnter" ikinci qolu vura bilərdi. Lakin Zlatinovun zərbəsini "Standart"ın qapıçısı Amil Ağacanov tuta bildi.  
34. Elvin Məmmədov yenə də fərqləndi. Amma bu dəfə qolla deyil, sarı vərəqə ilə.
30. "Standart" hesabı bərabərləşdirməyə çalışır. Rikelmenin uzaqdan zərbəsini "İnter"in qapıçısı Vilson son anda zərərsizləşdirir.  
28. QOL. "İnter" 1:0 irəlidədir. Künc zərbəsindən ötürülən topu Elvin Məmmədov başla qapıdan keçirdi.
25. "Standart" "İnter"i tamamilə qapısına doğru sıxışdırıb. "İnter" isə müdafiəyə çəkilərək, əks hücumlara bel bağlayır.
18. "Standart" oyunda ilk real qol epizodunu yaradır. Künc zərbəsindən ötürülən topu Rikelme başla qapıya göndərsə də, top qapı dirəyinə dəyir.
9. Meydanda gərgin mübarizə gedir. Futbolçular kobudluq etməkdən belə çəkinmirlər. Kobud oyuna görə Petar Zlatinov ("İnter") sarı vərəqə ilə cəzalandırılır.
5. Əks-hücum zamanı "Standart" hesabı aça bilərdi. Lakin Dan Pislanın zərbəsi qapının üstündən keçdi. 
Oyunu izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqts da var.
2. Oyuna "İnter" fəal başlayıb. Nominal qonaqlar ilk dəqiqələrdən hesabı açmağa çalışırlar.  
Oyun başladı



"BAKILI" - "KARVAN" - 2:1
Zabrat qəsəbə stadionu
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Aydın Ələkbərov, Babək Quliyev
Qollar: Anatoli Doroş (42) - Vasif Əliyev (66;84) 

Oyun başa çatdı.
90. "Karvan"ın baş məşqçisi Yunis Hüseynov məğlubiyyətdən yaxa qurtarmaq üçün daha bir hücumçunu - Süleyman Kamaranı meydana buraxıb. Yevlaxlılar rəqibi qapısına doğru sıxışdırsalar da, hələ ki, hesabı bərabərləşdirə bilməyirlər.  
87. Oyunun gedişatının bu cür dəyişəcəyini gözləməyən "Karvan"ın futbolçuları özlərini itiriblər. "Bakılı" çempionatda ikinci qələbəsini qazanmağa çox yaxındır. 
84. QOL. "Bakılı" 2:1 irəlidədir. Vasif Əliyev əks-hücumda komandasını önə keçirdi.
80. Oyunun sonuna az vaxt qaldığından "Karvan"in futbolçuları tələsirlər. Lakin onların fəallığı hələ ki bəhrəsini vermir. "Bakılı"nın müdafiə xətti diqqətli oynayır.
75. Qapısından qol buraxdıqdan sonra "Karvan" fəallaşıb. Lakin komanda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağa çətinlik çəkir.
66. QOL. 1:1. "Bakılı" gözlənilmədən hesabı bərabərləşdirir. Kamal Quliyevin kobud səhvindən sonra Vasif Əliyev hesabı bərabərləşdirdi.  
60. Hesabda irəli çıxdıqdan sonra "Karvan" bir qədər sakitləşib. Mübarizə əsasən meydanında mərkəzində gedir.  
50. Komandalar ikinci hissənin əvvəlində bir o qədər də fəal deyillər. Oyun əsasən meydanın mərkəzində gedir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. QOL. Anatoli Doroş "Karvan"ı hesabda önə keçirdi.
34. "Karvan" hesabı açmağa çox yaxın idi. Aqil Məmmədovun künc zərbəsindən ötürdüyü topu Vüqar Nadirov başla qapıya göndərsə də, top dirəyə dəydi. 
28. Oyun "Karvan"ın üstünlüyü şəraitində davam edir. Meydançanın pis vəziyyətdə olması komandalara yaradıcı oyun sərgiləməyə imkan vermir.
20. "Bakılı"nın qapıçısı Vüqar Nadirovun daha bir gözəl zərbəsini çətinliklə də olsa, qaytara bildi.
11. Vüqar Nadirov ("Karvan") cərimə zərbəsindən topu birbaşa qapıya göndərsə də, "Bakılı"nın qapıçısı son anda qola imkan vermədi. 
6. Oyuna "Karvan" fəal başlayıb. Yevlaxlılar ilk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdırıb. 
Oyun başladı

"BAKI" - "NEFTÇİ" - 2:0

Hakimlər: Vüsal Əliyev, Azad.Q. Hüseynov, Eldar Nağıbəyov, Elçin Səmədli
Tofiq Bəhramov adına Respublika stadionu
Qollar: Amiran Muciri (47), Batista (75)


Oyun başa çatdı. "Bakı" turnir cədvəlində liderliyi ələ aldı.

90+2. Batistanın uzatma dəqiqələrində başla zərbəsi təhlükəli alınır.
90. Joze Karlosun ("Neftçi") yerinə Eşqin Quliyev daxil olur.
88."Bakı"da daha bir dəyişiklik: Mahmud Qurbanovu Aleksandr Tomaş əvəzləyir
81. İlk qolun müəllifi Amiran Mucirinin yerinə meydana Draqan Naçevski daxil olur.
75. QOL. Ramimin ötürməsindən sonra Batista hesabı 2:0 çatdırir.
73. Marian Aliutanın ("Neftçi") zərbəsindən sonra top qapının üstündən keçir.
72. "Bakı"da Fernando Peresin yerinə Fabio Luis Ramim daxil olur. Oyun sakit templə davam edir.
71. Ali Cansun meydana daxil olan kimi sarı vərəqə alır.
70. "Neftçi"də Marko Davçevin yerinə hücumçu Ali Cansun meydana daxil olur.
57. Batista ("Bakı") sarı vərəqə alır.
47. QOL. Amiran Muciri hesabı açır - 1:0
İkinci hissə
Birinci hissə başa çatdı
45. Elmar Baxşiyevə qarşı kobudluğa görə Cəmşid Məhərrom sarı vərəqə alır.
44. Top uğrunda mübarizədə Cəmşid Məhərrəmovla ("B") Atem ("N") toqquşur. Oyunda iki dəqiqə fasilə yaranır.
42. Elmar Baxşiyevin ("Neftçi") uzaq məsafədən zərbəsi qapının üstündən keçir.
40. Meydanın mərkəzində amasız mübarızə gedir, futbolçular bir-birlərinə qarşı kobudluq edirlər. "Neftçi"dən Joze Karlos sarə vərəqə alır.
37. Batistanın ("Bakı") başla zərbəsi qapının üstündən keçir.
28. Atemin ("Netçi") uzaqdan zərbəsinin qapıçısı tuta bilir.
20. "Neftçi"nin müdafiəçiləri "Bakı"nın futbolçusu Batistanın təkbətəkə çıxmasına mane olurlar.
12. Hər iki komanda fəalliğı ilə seçilir. 
7. İlk təhlükəli vəziyyəti "Neftçi" yaradır, Nyaqanın uzaq məsafədən zərbəsi qapının üstündən keçir.
Oyun başladı




"TURAN" - "XƏZƏR-LƏNKƏRAN"  0:1
Hakimlər:
Rövşən Əhmədov, Elman Musayev, İqor Şpakovski, Hacıəli Ağayev
Qol: Kostadin Cambazov (20)
Tovuz şəhər stadionu

Oyun başa çatdı
80.
XL ikinci qola yaxın olur. Ramulonun otürməsindən sonra Svetkov qapiçıylə üzbəüz qalır, lakin zərbəsini qapıçı zərərsizləşdirir. 
67. XL-in qapısı qarşısında təhlükə: İbokoye növbəti dəfə təkbətək epizoddan yararlana bilmir.
64. Oyun sakit tempdə davam edir. Komandalar passiv görsənirlər.
51. Oyun bərabər səviyyədə keçir. İkinci hissədə təhlükəli epizod yaranmayıb.
 
İkinci hissə başladı
Birinci hissə başa çatdı
37. "
Turan" hesabı bərabərləşdirməyə çox yaxın olur. Amma Nadir Nəbiyev təkbətək mübarizədən faydalana bilmir.
34. Ahmet Dursun qol vurur, amma hakim bu qolu hesaba almır. XL-in oyunçusu ofsayddadır.
28. Qoldan sonra oyunun tempi bir qədər aşağı düşüb.  Oyun bərabər səviyyədə keçir.
 
20. QOL...  Juninyonun otürməsindən sonra Cambazov (XL) başla hesabı açır.
18.
"Turan" hücümları davam etdirir. İbokoyenin daha bir zərbəsi qapıdan aralı keçir.
12. "Turan"dan İbokoye ikinci dəfə hesabı açmağa yaxın oldu, top az fərqlə qapıdan aralı keçir.
10. Oyun "Turan"ın üstünlüyü ilə keçir.
9. Türkiyəli Faith Sonkaya ve Ahmet Dursun XL-in heyətində əsas heyətdə meydana çıxıblar.
3. Hələ ki, oyun qarşılıqlı hücumlar şəraitində keçir. Oyunun gedişini 5-6 min azarkeş izləyir. Lənrandan bu oyuna təxminən 100 azarkeş gəlib.
 
Oyun başladı



"QƏBƏLƏ" - MOİK - 2:0  
Hakimlər:
Zöhrab Qədiyev, Elşən Durmuşov, Vaqif Musayev, Ceyhun Haşımov
Qollar: Turnike Aptsauri (21), Anatoli Tebloyev (34)
Qəbələ şəhər stadionu

Oyun başa çatdı
82.
MOİK elə oynayır ki, sanki məğlubiyyətə razıdırlar.
67. Oyuna bütünlükdə "Qəbələ" nəzarət edir.
52. MOİK çox zəif oynayır. "Qəbələ" hücumlarını davam etdirir.
İkinci hissə
Birinci hissə başa çatdı
34. Qəbələ daha bir qol vurur - Anatoli Tebloyev fərqlənir - 2:0.
21. Qol. Turnike Aptsauri "Qəbələ"ni hesabda irəli çıxarır - 1:0
13.
"Qəbələ"dən Tomaş Stolpanın zərbəsi qapının yanından keçir. Oyun meydan sahiblərinin ərazi üstünlüyü ilə keçir.
Oyun başladı



"OLİMPİK" - "QARABAĞ" - 0:1

Hakimlər: Azad Mütəllimov, Ramiz Əsədov, Azər Məmmədov, Anar Niyazov
Qol: Zaur Ramazanov (23)
"Şəfa" stadionu

Oyun başa çatdı
88.
Zaur Ramazanovun əvəzinə meydana Zaur Həşimov daxil olur.
87.
Kobud oyuna görə, Usim Nduka (Olimpik) qırmızı vərəqə alır.
78.
"Qarabağ"da Aslan Kərimovun əvəzinə meydana Namiq Yusifov daxil olur.
78. Sauresin zərbəsi qapıdan yan keçir.
76. "Olimpik"də Tərlan Əhmədovun əvəzinə meydana Roman Axalkatsi daxil olur.
74. Zaur Ramazanovun zərbəsindən son top qapının yanından keçir. 
Oyunun gedişini milli komandamızın baş məşqçisi Berti Foqts da izləyir.
70. Rəşad Sadiqovun zərbəsini Rauf Mehdiyev çətinliklə də olsa tuta bilir.
64. Vaqif Cavadovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan azca aralı keçir.
61. Leandro Qomeşin aşırma zərbəsi "Qarabağ"ın qapısı üstündən keçir. "Olimpik" üstünlüyü ələ alıb.
 
60.
"Qarabağ"da Sedat Sainin yerinə Rauf Əliyev daxil olur.
54. Vaqif Cavadovun cərimə meydançasından vurduğu qüvvətli zərbəni Rauf Mehdiyev çox çətinliklə uzaqlaşdırır.
 
51.
Oyuna "Qarabağ" nəzarət edir. Zaur Ramazanov fəallığı ilə seçilir.
48. Zaur Ramazanovun zərbəsini Rauf Mehdiyev dəf edir, Vaqiv Cavadov ozünü topa çatdıra bilmir. 
46. "Olimpik"də Dos Santosun əvəzinə medayana Samir Musayev daxil olur.
İkinci hissə
Birinci hissə başa çatdı
41.
Qarşılıqlı hücumlar davam edir. Hələlik təhlükəli vəziyyət yoxdur.
34. Qarşılıqlı hücumlar davam edir. Sərt oyun keçir. Amma hələlik "Qarabağ" hesabı artırmağa, "Olimpik" isə hesabı bərabərləşdirməyə müvəffəq olmur.
24. Vaqif Cavadovun zərbəsi qapıdan azca aralı keçir.
23. QOLL... "Qarabağ"dan Zaur Ramazanov hesabı açır.
12.
"Olimpik" "Qarabağ"ın qapısı qarşısında təhlükəli vəziyyət yaradır. Amma Junivan Suaresin cərimə meydançasına təhlükəli ötürməsinə heç kim çata bilmir.
5. Oyun "Qarabağ"ın üstünlüyü ilə keçir. Hələlik qapllar qarşısında təhlükəli vəziyyət yaranmayıb.
Oyun başladı




 

TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Inter" 15 11 4 0 31-8 37
2. "Bakı" 15 11 2 2 36-6 35
3. "Simurq" 15 10 4 1 21-8 34
4. "Qarabağ" 15 9 3 3 23-15 30
5. Xəzər-Lənkəran 15 9 3 3 25-12 30
6. "Karvan" 15 8 2 5 20-13 26
7. "Olimpik" 15 7 4 4 17-12 25
8. "Standard" 15 6 2 7 13-17 20
9. "Qəbələ" 15 5 3 7 19-14 18
10. "Neftçi" 15 4 4 7 13-13 15
11."Bakılı" 15 2 3 10 11-34 9
12. "Muğan" 15 1 2 12 9-30 5
13. MOİK 15 1 2 10 6-31 5
14. "Turan" 15 0 4 11 3-31 4

 
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi