"Zirə"nin futbolçusu Şafik Tiqrudja Azərbaycan Premyer Liqasının 18-ci turunda "Keşlə"yə 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bizim müəyyən taktiki gedişlərimiz var. Demək olar ki, ona riayət etməyə çalışırıq. Birinci hissədə pis oynamadıq. Sadəcə olaraq rəqib 2 səhvdən maksimum istifadə etdi. Bu 2 səhvi çıxsaq, ilk hissəni bizim üçün yaxşı saymaq olar. İkinci hissədə yenidən rəqibə pressinq etməyə çalışdıq. Nə dərəcədə bəhrə verdi, bilmirəm. Amma daha sonra səhvlər etdik, 2 qol vurdular. Məncə, "Keşlə" bizdən üstün oynamadı. Sadəcə, bizim yaratdığımız boşluqlardan yararlandılar.
- Görünən o idi ki, "Zirə" ümumiyyətlə, geri dönüş edə bilməyəcək. Oyun cəhətdən də zəif idiniz. Qapıya zərbə belə yox idi. Bu, istəksiz bir oyun idi, yoxsa, heç nə alınmır?
- Bəli, qapıya vurulan zərbələrin sayı az oldu. Müəyyən epizodlar vardı ki, orada zərbə vurmaq üçün şans yarananda biz yerinə yetirmirdik. Düşünürəm ki, bəzən eqoist olmaq lazımdır və bəzi fürsətlərdən özün istifadə etməlisən. Amma bir epizodda mənim də belə bir imkanım oldu. Sadəcə, mən ötürmə etməyə üstünlük verdim.
- İki oyuna 10 top buraxmısınız. Hər halda artıq təhlükədən xəbər verir. Belə vəziyyətdən necə çıxacaqsınız? Gedişat nəyi göstərir?
- Haqlısınız. Amma bu cür vəziyyətdə toparlanmaq lazımdır. Çünki komandada olan hər kəs şikayətlənməyə başlasa, heç bir şey əldə edə bilməyəcəyik. Hələ çempionatda 10-dan çox oyun qaldığını nəzərə almalıyıq. Premyer Liqa hələ sona çatmayıb. Məncə, müsbət düşünməliyik. Əl-ələ verib, bu vəziyyətdən çıxmağa çalışmalıyıq.
- Ola bilərmi ki, "Qarabağ"a uduzmağınızın psixoloji durumundan çıxa bilmədiniz deyə bu gün uduzdunuz?
- Düşünürəm ki, bir-birindən kəskin fərqlənən iki oyun idi. "Qarabağ" 6:0 hesabı ilə bizi darmadağın etdi. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan onlar idi. Bizi sadəcə topsuz qaçmağa məcbur edirdilər. "Qarabağ"la oyundan fərqli olaraq bugünkü matçda topa nəzarət müəyyən qədər bizim tərəfimizdə olsa da, sırf 4 səhvdən vurulan qollar oldu. Ən məyusedici tərəfi də bu idi.
- "Qəbələ" də qış fasiləsindən sonra yaxşı vəziyyətdə deyil. Növbəti turda onları məğlub edib, bu durumdan çıxa biləcəksinizmi?
- Bəli, "Qəbələ" ilə vəziyyətimiz eynidir. İlk növbədə "Keşlə" ilə oyunu analiz etməliyik. Daha sonra "Qəbələ" ilə görüşə hazırlaşmalıyıq. Yenə də bildirmək istəyərdim ki, heç nədən şikayətlənmədən, əl-ələ verib, bu situasiyadan çıxa bilərik.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir