"İstədiyimiz komandanı gördük" - Ayxan Abbasov

"İstədiyimiz komandanı gördük" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 10 Noyabr 2019 / 18:50 1964
-  A +

“Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq”.

Qol.az xəbər verir ki, bu sözəri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turunda səfərdə “Sabah”a qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.

O, komandasının əzmkar qələbəsini belə şərh edib: “Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz "Sumqayıt"ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq. Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Sevindirici haldır ki, artıq hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi