"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində səfərdə "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.
- Bu komandaya çox böyük hörmətimiz var idi. Çünki APOEL-lə necə oynadığını bilirdik. Amma buna baxmayaraq düşünürəm ki, bu gün layiqli qələbə qazandıq. İşimiz davam edir. Çalışacağıq ki, növbəti matçlarda uğurumuzu təkrarlayaq.
- Matçda separatçı rejimin bayrağının gətirilməsi zamanı sizin də reaksiyanız oldu. Ümumiyyətlə, meydanda baş verənlər haqda nə deyə bilərsiniz?
- Biz artıq belə provakasiyalı hallara hazırıq. Ağdamın "Qarabağ" klubu Avrokubokda oynayır və bu qarşılaşmada qondarma respublikanın bayrağını göstərmək, belə ucuz oyunlar ancaq ermənilərə məxsus ola bilər. Əlbəttə ki, xoş deyildi. Biz idmançıyıq. Çalışırıq ki, təmsil etdiyimiz yerin bayrağını uca tutaq. Ona görə də reaksiyamız bundan aşağı səviyyədə ola bilməzdi.
- Qurban Qurbanov mətbuat konfransında dedi ki, oyunda fasilə yarananda sonra futbolçularımız çox əsəbi idilər. Orada sizinlə söhbət etdiyini, daha sonra onun istədiyi kimi çıxış etdiyinizi vurğuladı. Baş məşqçi orada sizə nə dedi?
- Nəticə bizim xeyirimizə idi. Daha sakit olmağa çalışmalı idik. Bəzi pis fikirli insanların qurbanı olmamalı idik. Çünki UEFA belə məsələlərdə sərt qərarlar qəbul edir. Baş məşqçimiz də bizi paltardəyişmə otağında topladı və dedi ki, sakit olmalıyıq, biz buradan qələbə ilə ayrılacağıq. Öz aramızda danışdıq ki, daha səbrli olaq. Çünki belə şeyləri başqa millətlər yox, ancaq ermənilər edə bilərdi.
- Artıq komandanızın 3 xalı var. Yaxşı qələbə qazandınız. Qarşıda isə APOEL-lə ardıcıl 2 oyununuz var. Bu barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, maraqlı görüşlər olacaq. "Düdelanj" APOEL üçün sürpriz bir komanda idi. Amma biz APOEL-i yaxşı tanıyırıq, eləcə də onlar bizi. Nəticə baxımından heç nə planlaşdırmaq olmur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi