"Sumqayıt" cənubi azərbaycanlı hücumçusu Peyman Babayi Qol.az-a müsahibə verib.
-"Sumqayıt"da işləriniz necə gedir?
- Şükr olsun, hər şey yaxşıdır. Artıq tam uğunlaşmışam. Kefim yaxşıdır.
- Yəqin ki, Azərbaycanda özünüzü qərib hesab etmirsiniz.
- Əlbəttə, bura mənim vətənimdir. Eyni dildə danışırıq. Heç bir problem yoxdur. Adətimiz, yaşayış tərzimiz eynidir. Sumqayıt camaatı da çox şirindir, istiqanlıdır.
- Öz çıxışınızla bağlı nə deyə bilərsiniz? Bu mövsüm meydan çıxdığınız 5 oyunda 1 qol belə vura bilməmisiniz.
- Ola bilər ki, istədiklərimi meydanda edə bilməyim. Amma mən tam hazır da deyiləm. Türkiyə toplanışında kiçik bir zədəm olmuşdu. Komanda ilə tam məşq edə bilmirdim. Əsas odur ki, futbolçu tam hazır olsun, taktiki məsələlər gələcəkdə düzələr. Çalışacağam ki, "Sumqayıt"a ilk gəldiyim vaxtlardakı kimi yaxşı çıxış edim. Onu da deyim ki, bu mövsüm sırf hücumçu kimi oynamıram. Baş məşqçimiz məni gah sağda, gah da solda oynadır. Beş oyunun ikisində matçın sonuna yaxın meydana daxil olmuşam. Yəqin ki, tam hazır olmadığım üçün fərqlənə bilməmişəm.
- Ötən mövsüm baxımlı qollar vururdunuz. Bunun ardı gələcək?
- Əlbəttə, mən də buna çalışıram. Əsas odur ki, "Sumqayıt" yaxşı çıxış etsin. Özümü tam hazırlamağa çalışacağam. Gələcək oyunlarda yəqin ki, qollarım olacaq.
- Adətən "Sumqayıt"a gələn legionerlər millimizə cəlb olunur. Sizinlə bu barədə danışıq olub?
- Mən də eşitmişəm ki, "Sumqayıt"da oynayan futbolçuların milliyə cəlb olunmaq şansları olur. Mənimlə də əvvəl belə danışıq olmuşdu. Ancaq indi heç bir söhbət yoxdur. Azərbaycan millisinə də kömək edə bilsəm, çox sevinərəm. İndi əsas məqsədim odur ki, tam formamı yığım və "Sumqayıt"dakı oyunumla gələcəkdə millinin məşqçilərinin diqqətini cəlb edim.
- AFFA sizinlə nə vaxt danışmışdı?
- "Sumqayıt"da bir neçə oyuna çıxdıqdan sonra. Hər şey özümdən asılıdır. Yaxşı çıxış etsəm, millidə oynamaq şansım olar. Necə olacağı gələcəkdə bilinəcək.
- İlin əvvəlindən Azərbaycandasınız. Premyer Liqamızın səviyyəsi ilə bağlı nə fikirdəsiniz?
- Bəli, bir müddətdir ki, Azərbaycandayam. Gördüyünüz kimi, klubların hamısı çox yaxşı transferlər edir. Yaxşı stadionlar var. Premyer Liqaya dəyər verilir. Ona görə də Azərbaycan Premyer Liqası gələcəkdə Avropanın ən yaxşı çempionatlarından biri ola bilər.
- İran çempionatı ilə bizimkini necə müqayisə edərdiniz?
- Hər ölkənin özünə görə liqası var. İranla Azərbaycanı müqayisə edə bilmərəm. Azərbaycan futbolu "Qarabağ"a görə tanınır. Bu komanda avrokuboklarda yaxşı nəticələr qazanır. Ümid edirəm ki, "Qarabağ" kimi digər Azərbaycan klubları da güclənəcək və Premyer Liqada rəqabət artacaq.
- Sizin və Mehdi Şərifinin "Sumqayıt"a gəlişindən sonra İranda Azərbaycan futboluna maraq necədir?
- İranda çoxlu "Qarabağ" azarkeşi var. Necə ki, burada "Traktor" azarkeşləri çoxdur. Bunun şahidi olmuşam. Əsasən "Qarabağ"dan danışırlar. Mənim bura gəlişim Təbrizlə Azərbaycan futbolunun yaxınlaşmağına kömək ola bilər. Mən burada yaxşı oynadım ki, Mehdi Şərifi də "Sumqayıt"a gəldi. Gələcəkdə Təbrizdən başqa futbolçuların da bura gələcəyinə inanıram.
- Ancaq Azərbaycandan İran klublarına futbolçu getmir...
- Azərbaycanın yaxşı futbol məktəbləri, məşqçilər var. Hər şey futbolçuların özlərindən asılıdır. Burada çox yaxşı futbolçular var, hansı ki, İran çempionatında çıxış edə bilər.
- "Qarabağ"ın İranda xeyli azarkeşi olduğunu dediniz. Komandanın avroboklardakı çıxışı zamanı İrandan sizə zənglər gəlir, "Qarabağ"la bağlı nəsə soruşurlar?
- Belə hallar çox olur. Dostlarım məndən soruşur. Onlar gəlib mənimlə birgə "Qarabağ"ın oyunlarına da gedirlər. Əsasən Təbrizdən çox maraqlanırlar. Orada "Qarabağ"ı çox sevirlər. Mən özüm də "Sumqayıt"a gəlməmişdən əvvəl "Qarabağ" azarkeşi idim. Hər oyununa baxırdım.
- Elə Premyer Liqada növbəti oyununuz da "Qarabağ"ladır. Bu görüş haqda nə düşünürsünüz?
- Bizim üçün çox çətin oyun olacaq. Azərbaycan liqasını "Qarabağ"la tanıyırlar. Yaxşı transferləri var. Amma bizim kimi komandalar da "Qarabağ"la qarşılaşmağa çox həvəslidir. Futbolçularımız belə oyunda özlərini göstərmək istəyirlər. Yaxşı oyun olacağını düşünürəm. Bizə xal lazımdır. Çalışacağıq ki, ən azından "Qarabağ"dan bir xal alaq.
Ramiq AĞAMƏMMƏDOV
Mbappedən penalti qərarı - Hamısını özü vuracaq
“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"
"Xankəndi"nin qələbəsindən - Video
Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi
İslam Oyunlarında iştirak edəcək güləşçilər müəyyənləşdi
“Qalatasaray” "Ayaks"la matça itki ilə çıxacaq
“Tofiq Bəhramov”da güclü yağış altında məşq - Video
Azərbaycan futzal millisi İslamiadaya qələbə ilə start verdi
“Beşli müdafiə ilə oynamağı xoşlamıram”
“İnter”lə oyun özümüzü göstərmək üçün böyük şansdır”
Qurban Qurbanov "Çelsi" ilə oyun haqda
Dibalanın durumu açıqlandı
Voleybol millimiz İslamiadaya qələbə ilə başladı
2-ci liqa: Biri het-trik etdi, digəri dubl
Ronaldo, Messi, Ramos...
Finlandiya çempionu oldular
Stefano Pioli istefaya göndərildi - Rəsmi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Ağayevin birnömrəli klub yarışında altıncı oyunu
Azərbaycan derbisinə doğru
"Çelsi"nin futbolçusu cəzalandırıldı
Marko Yankoviç Xorvatiya ilə oyuna çağırıldı
Tovuz stadionunda yenidən bərpa işləri aparılır
Azərbaycanda karate üzrə Avropa çempionatı keçiriləcək
Xabi "yeni Kroos" tapdı
"Messinin məndən üstün olduğunu düşünmürəm" - Ronaldo
Konte şikayətləndi
"Konyaspor" yeni baş məşqçisini açıqladı
"Arsenal"da ciddi itki: Bugünkü oyunu buraxacaq
"Bavariya" UEFA-ya etiraz etdi
ÇL-in finala bərabər oyunları bu kanallarda
Azərbaycan təmsilçiləri İslamiadada mübarizəyə başlayırlar
“Real”dan duyğusal addım - Video, Şəkillər
Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı
Spaletti Kənan Yıldızdan danışdı