Türkiyə millisinin heyətindən çıxarıldı

Türkiyə millisinin heyətindən çıxarıldı
DÜNYA FUTBOLU 8 Sentyabr 2019 / 22:35 8182
-  A +

Türkiyə yığması daha bir ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi Okay Yokuşlu Avro-2020-nin seçmə mərhələsində Moldova ilə görüşdə iştirak edə bilməyəcək. Onun adı heyətdən çıxarılıb. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Futbolçunun artıq çıxış etdiyi “Selta”nın düşərgəsinə yollandığı bildirilib.

Qeyd edək ki, O. Yokuşlu zədə səbəbində ötən gün Andorra illə görüşdə də meydana çıxmamışdı.

Xatırladaq ki, Türkiyə yığmasında bir neçə gün öncə digər yarımmüdafiəçi Cengiz Ünder də zədə səbəbindən komandanın düşərgəsindən ayrılıb. Türkiyə yığması sentyabrın 10-da səfərdə Moldova ilə qarşılaşacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord