Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan albaniyalı müdafiəçi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində dünən "Partizani" ilə Ağdam klubu arasında keçirilən oyun (0:0) haqda fikirlərini bölüşən 36 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.
- "Partizani" ilə "Qarabağ" arasındakı oyun necə təsir bağışladı?
- Hər şey təxminən oyuna qədər söylədiklərimiz kimi cərəyan etdi. "Qarabağ" topla daha çox oynadı, nəzarəti öz əlində saxladı. "Partizani" isə müdafiədə diqqətli idi. Oyunu əks-hücumlar üzərində qurmuşdular. İndi komandaları Bakıda daha bir oyun gözləyir.
- "Qarabağ"ın çıxışı haqda nə deyə bilərsiniz?
- Şəxsən mənə görə, bu, ötən mövsüm "Kukesi" ilə keçirdiyimiz oyuna oxşadı. Məncə, "Qarabağ" nəsə itirməyib. Onlar həmişə belə oynayırlar. İstənilən rəqibə qarşı bu cür oyun üslubu ilə mübarizə aparırlar. "Qarabağ" hər zaman etdiyini etdi.
- Ötən illə müqayisədə, "Qarabağ" zəifdir, yoxsa güclənib?
- İndi konkret nəsə demək çətindir. Bu, yeni mövsümdə hələ birinci oyun idi. Hazırkı "Qarabağ"ı ötən mövsümki komanda ilə müqayisə edib, oyununa qiymət vermək tezdir. Ancaq əminliklə deyə bilərəm ki, bu komandada neçə futbolçu dəyişir-dəyişsin, sistem olduğu kimi qalır. Ona görə də daim məzmunlu oyun göstərirlər.
- Bu nəticəni "Partizani" üçün uğur saymaq olar?
- Düşünürəm ki, hər iki komanda üçün uğurlu nəticə oldu. "Qarabağ" qol vura bilməsə də, öz üslubunda oynadı. Bu cür matçlarda səfərdə oynayan komandanın heç-heçə etməsi yaxşı nəticədir. "Partizani" isə güclü rəqibə qarşı oynadı. Bu, onlar üçün yaxşı Avropa təcrübəsi olacaq.
- "Partizani"nin kapitanı Alban Hoca oyun öncəsi mətbuat konfransında sizdən "Qarabağ" haqda heç nə soruşmadığını bildirdi. Bunu necə şərh edərdiniz?
- İnanmıram ki, Ansinin "Qarabağ" haqda hər hansı gizli məlumatı olsun və heç kimə deməsin (gülür). İnterneti açın, "Qarabağ" yazın və bu komandanın sıravi işçisindən, avtobus sürücüsündən ən gənc futbolçusuna qədər istənilən məlumatı toplayın.
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi