Fransa adından çıxış edən azərbaycanlı boksçu Murad Əliyevin müsahibəsi
– II Avropa Oyunlarının +91 kq çəki dərəcəsində gümüş medal qazandınız. Görüşlə bağlı fikirlərinizi bilmək istərdim...
– Çox sevinirəm ki, finala kimi gəldim, çox çətin yol keçdim. Finaldakı rəqibim Viktor Vixrist 2017-ci ilin Avropa çempionu idi. Bütün gücümü ortaya qoysam da, alınmadı. Gələcək üçün daha da gücümü artıracağam ki, medal götürüm.
– Qələbə üçün nə çatışmadı?
– Onun təcrübəsi məndən çox idi. Mən isə yeni boksçuyam. Böyük səhnədə məni tanımırdılar. 23 yaşım var. Yenicə tanınmağa başlayıram.
– Harada anadan olmusunuz? Özünüz haqda məlumat verərdiniz...
– Mən Moskvada anadan olmuşam. Atam bərdəli, anam ağdamlıdır. 2002-ci ildə ailəm Fransaya köçüb. O vaxtdan Fransada boksla məşğulam.
– Fransanın şəraiti yəqin daha yaxşı olar. Amma doğma vətəniniz Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?
– Mən təkliflərə qapalı insan deyiləm. Hər zaman təklifləri dəyərləndirməyə hazıram.
– Sosial şəbəkələrdə Azərbaycanın Avropa Oyunlarında medallarını kubalıların qazanması, siz də daxil olmaqla, azərbaycanlı boksçuların isə başqa ölkələr adından çıxış etməsi qınanıldı. Bu sizin də qulağınıza gəlib çatdı?
– Bu, taledir. Hər adamın bir taleyi var. Mən bilməzdim ki, nə vaxtsa Fransa adından çıxış edəcəyəm. Fransaya köçəndə, uşaq idim, gedib orada boksu öyrəndim. Harada yaşayırsansa, orada da boksu öyrənirsən. Mən buna pis baxmıram.
– Azərbaycan boksçuları ilə əlaqəniz varmı?
– Azərbaycan millisində +91 kq-da çıxış edən Məhəmməd Abdullayevlə əlaqəm var. Onunla bir yerdə məşq etmişik, bir yerdə çörək yemişik.
– Yəqin artıq Fransaya qayıdacaqsınız. Azərbaycan üçün demək istədiyiniz nəsə varmı?
– Çox təşəkkür edirəm ki, məni dəstəkləyirsiniz. Fransa adından çıxış etsəm də, azərbaycanlıyam. Hara getsəm də, ad-soyadımdan azərbaycanlı olduğum bilinir. Fəxr edirəm ki, azərbaycanlıyam.
Mənbə: oxu.az
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu