"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Komandanın hazırlıq planı haqda danışan mütəxəssis transfer məsələsinə də toxunub.
- Yəqin ki, təlim-məşq toplanışı ilə bağlı plan təsdiqlənib. Komanda nə vaxt bir araya gələcək?
- İyunun 15-də Qəbələdə yığışacağıq. 29-da isə toplanışın ilk mərhələsinə yoxlama oyunu ilə yekun vuracağıq. Bakıda "Zirə" ilə qarşılaşacağıq. Görüş böyük ehtimalla rəqibin meydançasında olacaq. Daha sonra Bakıda bərpa prosesi keçib, iyulun 4-də Türkiyəyə uçacağıq. Boluda 2 həftəlik hazırlıq prosesi olacaq. Toplanış müddətində 3 yoxlama matçı keçirəcəyik. Oyunlar iyulun 7-si, 12-si və 17-si olacaq. Püşkatmanın nəticəsindən asılı olaraq, vətənə də qayıda bilərik, Avroliqada ilk oyunumuzu keçirəcəyimiz ölkəyə də gedə bilərik.
- Yoxlama oyunlarındakı rəqibləriniz dəqiqləşib?
- Yox, hələ rəqiblər bilinmir. Danışıqlar gedir. Çalışırıq ki, təyin olunmuş günlər üçün rəqiblərlə razılıq əldə edək.
- Mövsüm başa çatdıqdan sonra bir neçə aparıcı futbolçu "Qəbələ"ni tərk etdi. Bundan sonra da gedənlər olacaq?
- Artıq gedənlər və qalanlar bilinir. Artıq İlqar Qurbanovla da yollar ayrıldı. Yəqin ki, Asif Məmmədovla komandada qalması ilə bağlı razılıq əldə olunacaq.
- Yəqin ki, yeni oyunçular alınacaq...
- Bəli, olacaq. İzlədiyimiz futbolçular var. Büdcəmizə uyğun oyunçular axtarırıq. Bir neçəsini bəyənmişik, onlarla danışıq aparırıq. Qəbələ toplanışına çatmasa da, çalışacağıq ki, Boluda olsunlar.
- Neçə legioner götürmək istəyirsiniz?
- Üç legioner götürmək istəyirik. Amma vəziyyətə baxacağıq. Bəzi yerli futbolçular da baxışa gələcəklər. Onları da izləyəcəyik.
- Ötən mövsüm komandanın ən yaxşı futbolçularından biri olan Ceyms Adeniyinin satılacağı deyilirdi. Onunla bağlı məsələ nə yerdədi? Fikrinizi dəyişmisiniz?
- Adeniyinin bizimlə müqaviləsi var. Təklifləri var, bunu da klub dəyərləndirəcək. Onun məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək. Hər şey ola bilər. Qala da bilər, gedə də.
- Davit Volkovun "Qəbələ"də qalacağı deyilsə də, adı bəzi Bakı klubları ilə hallanmağa başlayıb...
- Volkov komandamızdadır. Mövsümün sonuna kimi bizimlə bir yerdə olmalıdır. Düzdür, təklifləri var, amma biz onunla yola davam etmək istəyirik. Yəqin ki, Volkov "Qəbələ"də qalacaq.
- Geridə qalan mövsümdə özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Amin Seydiyev oldu. Onunla "Qarabağ"ın yaxından maraqlandığı deyilir. Cinah müdafiəçisi ilə bağlı rəsmi təklif almısınız?
- Amin Seydiyev ötən mövsüm çox yaxşı çıxış etdi. Ona görə də təklif gəlməyi normaldır. Adının "Qarabağ"la hallanması isə lap yaxşıdır. Bəlkə də maraqlanıblar, ancaq rəsmi təklif yoxdur. Əgər gənc futbolçularımıza ölkə xaricindən təklif gəlsə, rəhbərlik mütləq dəyərləndirəcək. Çünki oyunçularımızın legioner həyatı yaşamasını istəyirik.
Elnur SALAHOV
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın