"Real"ın yeni səfər formaları - Şəkillər

"Real"ın yeni səfər formaları - Şəkillər
XƏBƏR 23 İyul 2026 / 13:11 347
-  A +

"Real" 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.

QOL.az xəbər verir ki, forma tünd yaşıl rəngdə hazırlanıb və krem rəngli detallarla tamamlanıb.

Geyimin üzərində klubun baş hərflərindən ibarət incə həndəsi naxış yerləşdirilib. Həmçinin krem rəngli yaxalıq və "Adidas Trefoil" loqosu dizaynda yer alıb.

Klubun açıqlamasında bildirilib ki, yeni forma yüksək performans xüsusiyyətlərini futbol mədəniyyəti və gündəlik üslubla birləşdirir.


Son xəbərlər
topaz banner