“Qarabağ” sabah Bakıda Avroliqanın 2-ci təsnifat mərhələsində Bolqarıstanın SSKA komandası ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla əlaqədar mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara cavab verib.
- Dünən “Sabah” qalib gəldi, onları təbrik edirəm. Bu gün isə “Neftçi”yə uğurlar arzulayıram. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Bu, fərqli rəqibdir, onun öz üslubu var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.
– Artıq iki rəsmi oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
– Tam olaraq belə olduğunu deməzdim, amma hər şey yaxşıya doğru gedir. Çox istərdim ki, düşündüklərimizi bütün 90 dəqiqə ərzində həyata keçirə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Planlaşdırdığımız kombinasiyaları həmişə sabit şəkildə yerinə yetirmək alınmır. Zaman keçdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə də matç ərzində tez-tez nəyisə dəyişməli oluruq. Hər halda, ümumilikdə işlər düzgün istiqamətdə gedir.
– SSKA ilə oyun “Qarabağ”ın hazırkı gücünü göstərəcək?
– Komandanın oyununu sabitləşdirmək və yaxşılaşdırmaq elə də asan deyil, çünki hazırlıq planında bəzən problemlər yaranır. Futbolçular fərqli vəziyyətdə görünürlər. Üstəlik, yayın istisini nəzərə alsaq, dinamikanın azalması normaldır. İllərdir bu mərhələdən keçirik və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik olub və bu da təsir göstərə bilər. Optimal formaya nə vaxt çatacağımızı demək çətindir. Əminəm ki, tədricən inkişaf edəcəyik.
– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq edəcək. Məsələn, sistemə sarı vərəqələr və künc zərbələri ilə bağlı da müraciət etmək mümkün olacaq. Bu qərara münasibətiniz necədir?
– Komandada futbolçular nə qədər çox olarsa, problemlər də bir o qədər çox olar. Hakimlikdə də belədir: nə qədər çox detal əlavə olunarsa, narazılıq da bir o qədər artacaq. VAR-ın tətbiqindən sonra hakim qərarları ilə bağlı şikayətlər çoxalıb. Hər xırda detal özü ilə əlavə problemlər gətirir. Məncə, problemlər və mübahisəli vəziyyətlər daha da artacaq.
– SSKA iki gün əvvəl çempionat oyununa çıxıb. Bu, sizin xeyrinizədir?
– Bu suala cavab vermək çətindir. Düzünü desəm, mən də istərdim ki, futbolçuların daha çox oyun təcrübəsinin olması üçün arada hansısa matç keçirək. Hazırkı vəziyyətdə oyun nə qədər çox olsa, bir o qədər faydalıdır.
– Transferlərlə bağlı yenilik varmı?
– Konkret heç nə yoxdur. İşimiz davam edir. Çalışırıq. Alınsa, iki transfer həyata keçirəcəyik.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov