“Bu, bizim üçün çox vacib oyun idi. Futbolçularımız yaxşı mübarizə apardılar. Cavab görüşündə də belə çıxış edəcəklər. Onların motivasiyası yüksək idi, çünki ailələri oyunları izləyir”.
QOL.az xəbər verir ki, bu sözləri Bolqarıstanın SSKA klubunun baş məşqçisi Xristo Yanev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la 0:0 hesablı heç-heçə haqda danışarkən deyib.
O, matçdan sonra keçirlən mətbuat konfrasında nəticədən razı qaldığını və cavab matçında mərhələni keçmək istədiklərini bildirib:
“Hər bir rəqibə hörmətlə yanaşırıq. Amma hər zaman planlaşdırdığın kimi oynamaq olmur. Bolqar jurnalistlərin heç-heçəyə görə məni alqışlamasına gəlincə, “Qarabağ” çox güclü komandadır. Bunu hamı bilir. Onlar başa düşürdülər ki, hadisələr başqa cür də inkişaf edə bilərdi. Heç-heçə bizim üçün yaxşı nəticədir.
Fasilədə futbolçulara ehtiyatlı davranmağı tapşırdım. Qol buraxmamağın vacibliyindən danışdıq. Biz bura qələbə üçün gəlmişdik. İndi isə cavab oyununda qalib gəlib mərhələ adlamaq istəyirik.
Evdə azarkeşlərimiz bizi dəstəkləyəcək. Heyətdə müəyyən dəyişikliklər edəcəyik, stadion tam dolu olacaq. Qələbəyə inanırıq”.
SSKA ilə “Qarabağ” arasında cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri