"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo"ya (Belarus) uduzduqları Bakıdakı ilk oyun (2:4) haqda danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə "Meydanda sanki toplanışdan yeni geri qayıtmış yox, avrokuboklarda uzun yol qət edib, yorğun "Neftçi" görünürdü. Nəyə görə bu qədər yorğun görünürdünüz" sualını cavablandırıb:
"İlk növbədə, sizi Milli Mətbuat günün münasibətilə təbrik edirəm. Bu suala cavab vermək mənim üçün çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstün olursa, 2 qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradılırdı ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Emil Balayevin çətin qurtarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub oyunu təhlil edəcəyik. Nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam".
Mütəxəssis avrokuboklardan kənarda qalacaqları halda belə, vəzifəsindən istefa verməyəcəyinə işarə edib:
"Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. "Neftçi" tarixi klubdur. Mən birinci məğlubiyyətdən sonra "istefa verəcəksiniz?" deyilməsini görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. "Dinamo" özü "Sielks"ə uduzdu, sonra qalib gəldi. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, istefa verirsiniz? Bu sualların verilməsi düzgün deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin".
Y.Vernidub azarkeşlərə də üz tutub: "Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki".
Baş məşqçi "Nəyə görə ilk 10 dəqiqədən sonra “Neftçi”də yarımmüdafiə xətti demək olar ki, yox idi? Klisman və Emin nə işə baxmalı idilər" sualını da cavablayıb: "Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Oyunu ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır".
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi
"Mançester Yunayted" qapıçısını satdı
"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
Ən çox Messi təhdid olunub
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd etdi
“Barselona” üçün 1 gündə 2 rəqib - 45 dəqiqəlik oyun
Mourinyo "Real"da qaydaları sərtləşdirdi
Federasiya ilə bağlı şok faktlar üzə çıxdı
Zidanın oğlu bu kluba keçdi
Kurtua qayıdır
Skaloninin gələcəyi ilə bağlı açıqlama
Toy, toy, toydur bu gün…
"Bavariya" prezidenti Bundesliqa klublarını tənqid etdi
İnfantino sabiq sevgilisinə 160 min maaş yazdırıb
“Erzurumspor”a keçən Nərimandan ilk açıqlamalar - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Yunuszadə debüt etdi, komandası uduzdu
“Məsuliyyət tamamilə mənim üzərimdədir” - Yuri Vernidub
Nəriman Axundzadə rəsmən “Erzurumspor”da
Sabiq "Arsenal"lı"Kristal Pelas"da
Bennaser "Milan"dan ayrıldı
Zidanın oğlu ilə müqaviləyə xitam verildi
"Mançester Yunayted" 18 yaşlı futbolçu aldı
"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Rusiya “Çernomorets”in stadionunu raketlə vurdu - Video
"Real"ın futbolçusu "Fiorentina"ya keçdi - Rəsmi
"Barselona"nın ilk rəsmi təklifi rədd edildi
"Borussiya"nın futbolçusu A seriyası klubunda
“Bizim xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı
Albaniya da İnfantinoya dəstəyini geri götürdü