"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv SSKA (Bolqarıstan) ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Qarşımızda təkbətək mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq oyunu idi. SSKA bizi bir az çətinliyə saldı. Fərqli sistemlərdə oynaya bilən komandadır. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq.
- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətə qayıtmaqla mesajını verir? Bruno Lanqanın zədəsi ciddidir?
- Mənim özüm hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək. Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətində oynatmayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər getdikcə daha çox olacaq.
- Vaxtı ilə "Ludoqorets"ə evdə uduzsanız da, səfərdə onları 7:2 hesablı qələbə qazanmışdınız. Bu, həminki "Qarabağ"dır?
- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından...Futbol o qədər inkişaf edib ki, biz desək ki, həmin "Qarabağ"ıq... Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə, fərqli gözlə baxır. Daha ciddi, daha məsuliyyətli olmalıyıq.. Biz bunu hiss ediriksə, ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı oynamaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha üstdə olmalıyıq ki, stabil nəticələrimiz olsun.
- Bolqar jurnalistlər SSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik edirdi, alqışladılar. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər?
- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürdülər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi oyuna görə sevinirdilər. Son vaxtlar komandadan narazılıq var idi deyəsən. Amma bugünkü komandanın göstərdiyi oyuna görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət üçün gedəcəyik. Belə oyunlar elədi ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz lap böyük komanda deyilik ki, uduzsaq sürpriz olsun. SSKA-nın da gücü var ki, bizim səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.
- Rəqiblər nə qədər güclü olsa belə, “Qarabağ” adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün o qədər də çox deyildi. Bu, yeni futbolçuların hələ ki uyğunlaşma, sistemə öyrəşmək prosesindən keçdiyini göstərirdi?
- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq, həm rəqib.. SSKA çox bərk rəqib idi, xüsusən də müdafiədə bacarıqlı kollektiv idi. Çox sürətli əks-hücumlara keçirdi. Təkbətək müdafiə olunmaqdan həzz alırdılar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüanslar var onları özümüzdə axtarmalı və yaxşılaşdırmalıyıq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video