"İlk dəqiqələrdən rəqib üzərində istədiyimiz təzyiqi yarada bildik. Qol epizodlarımız oldu. Təəssüflər olsun ki, həmin epizodlardan fərqlənə bilmədik. İlk hissə bizim üçün üstün keçdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" ilə Estoniyada keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hisəyə də yaxşı başladıq. Amma son 15-20 dəqiqədə oyun bərabərləşdi və bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan qabaq da demişdim ki, rəqibin Avropa təcrübəsi var. Bunu oyunun sonlarında da hiss etdik. İlk oyun olub, cavab matçında evdə yaxşı nəticə qazanıb mərhəlni keçmək istəyirik".
- İki fərqli hissə izləməyimizin səbəbi nə idi?
- İlk hissə böyük üstünlüklə oynayırdıq. Bu, aşkar görünürdü. Qol epizodlarımız var idi. Bəlkə də, ilk hissədə qələbə üçün ciddi addımlar ata bilərdik. İkinci hissədə müəyyən qədər oyun bərabər keçdi. Bəzən biz, bəzən rəqib üstün oldu. Son dəqiqələrdə rəqib xüsusilə standart vəziyyətdə təhlükəli olurdu. Elə qolu da bu şəraitdə buraxdıq. İnşallah Bakıda buradakı oyunumuzun 60-70 dəqiqəsindəki performansımızı 90 dəqiqə ərzində göstərməyə çalışacağıq.
- Sizcə, legioner limitinin ləğvi klublara müsbət mənada təsir etdi? Yerli çempionatın gedişi dövründə limitin ləğvinin azərbaycanlı oyunçuların inkişafına təsiri oldumu?
- Bunu dəfələrlə müzakirə etmişik. Düşünürəm ki, bu günün mövzuzu deyil. Bu gün limitin ləğvinin bizim məğlubiyyətə qətiyyən dəxli yoxdur. Rəqib qalib gəldi. Biz də istəyərdik ki, səfərdə qələbə qazanaq. Amma bilirdik ki, ilk oyunlarımızı yaxşı təhlil edən rəqib bizə qarşı qapalı oynayacaq. Səfərdə oynayırdıq, rəqib üstün oldu. Amma çalışacağıq ki. Bakıda üstün tərəf biz olaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri