Rusiya millisinin sabiq üzvü, “Krılya Sovetov”un yarımmüdafiəçisi və Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Aleksandr Səmədov “Moskva-Baku” nəşrinə müsahibə verib. Qol.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun finalın Bakıya salınması ilə bağlı fikirlərinə və “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın paytaxtımıza gəlməməyinə münaibət bildirən azərbaycanlı futbolçu maraqlı fikirlər səsləndirib.
- Aleksandr, xatırlayırsınız, Avropa Liqasının Bakı finalının səfiri olduğunuzu nə vaxt bildiniz? Ümumiyyətlə, bu, necə baş verdi?
- Mənə səfir olmaq telefonda təklif olundu. Azərbaycan Futbol Federasiyasından zəng vurmuşdular. Dedilər ki, belə bir təklif var. Buna münasibətimi soruşdular. Mən isə sevinclə razılıq verdim.
- Sizin rolunuz nədən ibarət olacaq və bu vəzifədə nəsə edə bilmisiniz?
- Açığı, çox həyəcanlıyam və Bakıda hər şeyin necə olacağını bilmirəm. Nəsə etməyimlə bağlı suala gəlincə, Moskvada Avropa Liqasının təqdimatı oldu, xeyli adam gəlmişdi. Avtoqraf mərasimi keçirildi, mənə görə, tədbir sadəcə, möhtəşəm alındı.
- Bu yaxınlarda demişdiniz ki, hazırda zədəsini sağaltmaqla məşğulsunuz və hətta karyeranızı bitirmək barədə də düşünürsünüz. Zədə çox ciddidir, yoxsa, bu fikirdə olmağınızın başqa səbəbləri var?
- Əslndə bunun zədə ilə heç bir bağlılığı yoxdur və bu barədə mən öz fikrimi daha əvvəl açıqlamışdım. Hə, burada müxtəlif amillər var. İndi müalicə olunuram, amma yaxın vaxtlarda yekun qərarımı verəcəyəm. Həmin vaxta isə çox az qalıb.
- Dəfələrlə Azərbaycan millisinə çağırılmısınız, sizi orada görməyi arzu ediblər. Siz isə imtina etmisiniz. İstənilən halda, nə vaxtsa Azərbaycana gedib, yerli klublardan birində oynamağınız mümkündürmü?
- Mən heç nəyi istisna etmirəm. Milli başqa bir hekayədir. Klublardan birində oynamaq... Tam mümkündür. İndi bu haqda danışmaq çətindir. Hər şey vəziyyətdən asılı olacaq. Amma təkrar edirəm, belə bir variant tam mümkündür. Niyə də olmasın?!
- Məlumdur ki, atanız azərbaycanlıdır. Ata tərəfdən əcdadlarınızdan kimi tanıyırsınız?
- Əlbəttə, atam sağ olanda ailəsi, əcdadları haqda çox danışırdı. Ata tərəfdən əcdadlarımız Gəncədəndirlər. Məsələn, ulu babam Böyük Vətən müharibəsinin iştirakçılarından olub, Budapeştə qədər gedib çıxıb. Artıq atam həyatda yoxdur, amma qohumlarımla əlaqə saxlayıram, xüsusilə də əmilərimlə. Onların sayı çoxdur. Elə alındı ki, indi onların əksəriyyəti Azərbaycanda yox, Rusiyada yaşayırlar. Buna görə də əlaqə saxlaya bilirik.
- Ailənizdə Azərbaycan adət-ənənələrinə əməl olunur?
- Azərbaycan mətbəxini çox sevirəm, onun böyük pərəstişkarıyam. Stolumuzda tez-tez bu cür yeməklər olur. Bundan başqa, evimizin yerləşdiyi ərazidə Azərbaycan restoranı var. Tez-tez və böyük məmnuniyyətlə ailəlikcə ora gedirik.
- Avroliqanın finalına qayıdaq, artıq oyuna bir gün qalıb. Bakıya qarşı hücumlar, xüsusilə də “Liverpul”un baş məşqçisi olan Yurgen Klopp kimi tanınmış mütəxəssisin fikirləri təəccüb doğurur. Qəribədir ki, onun öz komandası Bakıda deyil, Madriddə final oynayacaq. Nəhayət, “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın belə möhtəşəm bir matçda oynamaqdan oynamaqdan imtina etməsi. Halbuki rəsmi Bakı ona təlükəsizliklə bağlı istənilən təminatı vermişdi. Hətta Gənclər və İdman Naziri Azad Rəhimov acı ironiya ilə “Bizdən daha hansı zəmanət tələb olunur? Qırıcıların müşayiət etdiyi şəxsi təyyarə?! – deyə sual vermişdi...
- Mxitaryanın qərarını müzakirə etməkdə bir məna görmürəm. Bu, əsasən onun öz qərarı və öz məsuliyyətidir. İstərdim ki, idman siyasətlə mümkün qədər az əlaqələndirilsin və oxşar hadisələr az yaşansın. Kloppun fikirlərinə gəlincə, Çox təəccübləndim, məhz ondan bu cür şərh eşitməyi gözləmirdim. Bakı gözəl otelləri olan möhtəşəm şəhərdir. Şəhər alman mütəxəssisin səsləndirdiyi fikirlərə layiq deyil. Əminəm ki, hər şey əla olacaq.
- Final oyununa proqnoz verməyə hazırsınız?
- Mənim yeganə proqnozum odur ki, iki fantastik komandanın oyunu olacaq. “Arsenal” və “Çelsi” kimi komandaların finala çıxması böyük uğurdur. Onların qarşılaşmasına proqnoz vermək sadəcə, mümkünsüzdür. Şanslar bərabərdir. Çünki eynisəviyyəli komandalardır. Top-oyundur, bu, özü hər şeyi deyir.
- İngilis futbolu sizin sevimliləriniz arasındadır, yoxsa başqa seçiminiz də var?
- Hazırda İngiltərə çempionatı Avropada hegemonluq edir və buna görə mübahisə etmək çətindir. Amma mən fikrimi dəyişməmişəm. “Milan”ın sadiq azarkeşi, İtaliya futbolunun həvəskarıyam. Obyektiv danışsaq, bu gün İngiltərə futbolu öndədir, Premyer Liqa biznes-layihədir. Maliyyə imkanlarından tutmuş, televiziya görüntülərinə qədər, bütün sahələrdə hər kəs işini yüksək səviyyədə görür. Bu cür yüksək standartların fonunda futbol uğurları da gəlir. Tarixdə ilk dəfə bir ölkənin təmsilçiləri həm Avropa Liqası, həm də Çempionlar Liqası kimi turnirin finalına yüksəliblər.
- Tezliklə taleyiniz həll olunacaq. Gələcəyə baxanda, özünüzü yenə də futbolda görürsünüz, yoxsa başqa işlə məşğul olmaq daha maraqlı gəlir?
- Mən artıq digər sahədə də özümü sınayıram. Bizneslə məşğulam və bu planı inkişaf etdirmək, daha da irəli aparmaq üçün mütləq nəsə fikirləşəcəyəm. Amma futboldan da ayrılmaq istəmirəm. Çünki bu idman növünü sevirəm.
“Sumqayıt”ın Yankoviçi elə bir gözəl qol vurdu ki… - Video
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
“Qəbələ” “İmişli” səfərindən 1 xalla qayıdır - Video
Kaxaber Sxadadze: “Qışda heyətin güclənməsinə ehtiyac var”
Mahir Emreli yenə heyətdən kənarda qaldı
"Sumqayıt" - "Karvan-Yevlax": Heyətlər
Mbappe zədəsini sağaltdı
Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa etiraz
Modriç "Real"a qayıda bilər
"Böyük hesablı qələbə gözləmirdik" - "Kəpəz"in futbolçusu
"Neftçi" Abubakarın transferini açıqladı
"İmişli" - "Qəbələ": Heyətlər
"Karvan-Yevlax" üçün yeni avtobus alındı - Şəkillər
2035-ci ildə pauza götürəcək
Mançini “Mançester Yunayted”in yeni baş məşqçisi ola bilər
Bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir…
“Qarabağ” “Atletik”ə qalib gəlməyə qadirdir” - Koxalski
Ukraynada “layk” qalmaqalı
PSJ öz meydanında xal itirdi
Renat oynamadı, komandası uduzdu
“Hədəfimiz Bilbaoda 3 xal qazanmaqdır” - Kamilo Duran
“Barselona” Lamin Yamalın həyat tərzindən narahatdır
“Qarabağ”ı liderliyə yüksəldən qələbə - Video
“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev
Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”
Yankoviç qayıtdı!
Yayda “Mançester Yunayted”dən ayrıla bilər