"Qəbələ" klubunun yeni prezidenti Fariz Nəcəfov müsahibə verib. Ölkə kubokunda qazanılan uğurla bağlı təəssüratlarını bölüşən F. Nəcəfov komandanın gələcəyi haqda da danışıb.
- Klub prezidentliyinizin bir ayının tamamında Azərbaycan kubokunu qazandınız. "Qəbələ" tarixində əldə olunan ilk titulla bağlı təəssüratlarınız necədir?
- Sözsüz ki, zəhmət çəkilən hər bir işin sonunda yüksək nailiyyət əldə etmək çox xoşdur. Mən bu nailiyyətin qazanılmasında zəhməti olan hər kəsə, xüsusən də azarkeshlərə təşəkkürümü bildirir, hamını təbrik edirəm. Bu qələbəni bir ay ərzində görülmüş işin nəticəsi hesab etmirəm. Klub olaraq, əvvəl gündən bəlli bir strategiya üzrə inkişaf edirik. İllərdir addım-addım yüksək nəticəyə doğru irəliləmişik. Sözsüz ki, daha əvvəl dəfələrlə titul qazanmaq imkanımız olub, amma son nöqtəni qoymaq bizə qismət olmayıb. Bu dəfə isə bütün kollektiv bu titulu qazanmaq üçün hər şeyi səhvsiz etməyi bacardı. Komandanın əsas stimullarından biri isə bu kuboku Tale müəllimə (klubun əvvəlki prezidenti Tale Heydərova - E.M.) hədiyyə etmək idi. Başda məşqçilər heyəti olmaqla, futbolçularımızın hamısına təşəkkür edirəm.
- Tale Heydərov və Qəbələ rayonunun rəhbərliyi bu nailiyyətinizi necə qarşıladı: Rayonda komandanız üçün qarşılanma təşkil olunacaqmı?
- Tale müəllim zəng edərək bizi təbrik etdi. Çünki o, ölkə xaricindədir. Rayon rəhbərliyi ilə də danışmışıq, komanda ilə görüş olacaq.
- Bu nailiyyət klubunuzun büdcəsi və iddialarına nə dərəcədə təsir edəcək?
- İlin əvvəlində planlaşdırdığımız kimi, növbəti mövsüm daha çox yetirməmizə üstünlük verməyi düşünürük.
- Legionerlərdən müqaviləsi davam edənlər də var. Heyətə onlardan əlavə legioner cəlb olunmayacaq?
- Bu barədə yaxın günlərdə - baş məşqçi ilə görüşdən sonra açıqlama verilə bilər.
- Klubunuz hər transfer dövründə çoxlu futbolçu yola salıb yeniləri ilə anlaşır. Nəticədə bu, uyğunlaşma və oyun sisteminə təsirsiz ötüşmür. Bu dəfə də belə olacağı gözlənilir. Heyətin ən azı özəyinin qorunması üçün hansı addımlar atmaq niyyətindəsiniz?
- Komandanın heyətinin yenilənməsi zərurəti yaranmadan bunu etməyi qeyri-peşəkarlıq hesab edirəm. Əvvəllər "Qəbələ"də bu dəyişiklikləri etməyə məcbur idik. Mövcud vəziyyətimizdə isə komandanın uğurlu çıxışı üçün ən doğru qərarı verəcəyik. Akademiyamızda Premyer Liqada iştirak edəcək səviyyədə kifayət qədər futbolçu yetişir. Finalçı "Qəbələ" və "Sumqayıt"ın heyətinə baxsaq, bunun əyani şahidi olariq. Zədəli və cəzalıları da nəzərə alsaq, akademiyamızın 13 yetirməsi finala kimi gəlmişdi.
- Komandanızın kapitanı Cavid Hüseynov artıq bəzi klublarla danışıq apardığını açıqlayıb. Eləcə də digər futbolçular təklif aldıqlarını gizlətmirlər. Müqaviləsi bitən futbolçuların taleyinə nə zaman aydınlıq gələcək?
- Qeyd etdiyim kimi, müqavilələrlə bağlı dəqiq qərarlar baş məşqçi ilə görüşdən sonra veriləcək. Bəli, əksər futbolçularımızla müqavilələrin müddəti bitib. Cavid isə bizim komanda üçün çox vacib oyunçudur.
- Bəs klubun əməkdaşları arasında ixtisarlar və ya gedənlər olmayacaq? Artıq bu yöndə müəyyən söz-söhbətlər dolaşır...
- Mövcud vəziyyətə uyğun qərarlar veriləcək.
- Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaqsınız. Hədəfiniz nədən ibarət olacaq?
- Potensialımıza uyğun edə biləcəyimizin ən yaxşısını ortaya qoymağa çalışacağıq. (Report)
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı