Hazırda Türkiyənin Antalya şəhərində olan AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov referilərin və referi köməkçilərin təlim-məşq toplanışıyla bağlı Qol.Az saytına müsahibə verib
- Xaqani müəllim, hakimlərimizin toplanışı necə keçir?
- Toplanış yüksək səviyyədədir. Azərbaycan tarixində ilk dəfə belə addımı atan AFFA rəhbərliyi bununla futbolumuzun inkişafı üçün daha bir töhvəsini verdi. Dünya praktikasında ancaq bəzi inkişaf etmiş ölkələrin hakimləri bu şəraitdə hazırlıq keçə bilərlər. İnanırsız, bizim məşqlər, seminarlar, iclaslar keçirmək üçün ideal şəraitimiz var. Bu toplantıya 46 hakim dəvət edilib və hamısı böyük həvəslə çalışır. 5 gün keçməsinə baxmayaraq, mən bu qədər inkişaf olacağını gözləmirdim. Bütün diqqəmizin hazırlığa yönəlib.
- İş planınız necə qurulub?
- Hər gün səhər 7-dən 8-ə kimi ilk məşq keçirilir. Səhər yeməyindən sonra 9.30-dan 11.30-a kimi nəzəri məşğələlər aparılır. Növbəti 1 saatda isə hakimlərimiz 2-ci məşqə çıxırlar. Bundan sonra gün ərzində keçirilən oyunları idarı etmək üçün müxtəlif stadionlara yollanırlar. Axşam şam yeməyindən sonra, yəni 20.00-dan 23.00-a kimi, bəzən də hətta bir qədər də artıq gün ərzində keçirilən oyunlardakı hakimlik təhlil edilir. Hakimlərimizin demək olar ki, boş vaxtları olmur.
- Təhlillər necə aparılır?
- Gün ərzində keçirilən görüşlərə hakimlər briqadası ilə yanaşı 4-5 nəfərdən ibarət baxış komissiyası da təyin edilir. Onlar oyun zamanı müxtəlif mövqelərdən hakimliyə nəzarət edir, qeydiyyatların aparırlar. Axşam toplantısında isə hər bir oyundakı baxış komissiyası hesabat verir. Hakimlikdəki səhvlər, eyni zamanda qətiyyətli qərarlar analiz olunur. Bununla yanaşı mübahisəli epizodlar bütün hakimlərə göstərilir. Axı, PFL-in çəkiliş qrupu əksər qarşılaşmaları lentə alıb, onu dərhal montaj edirlər. Epizodlara baxarkən hətta oyuna getməyən hakimlər də diskusiyalarda fəallıq göstərirlər.
- Ayrıca kimisə fərqləndirə bilərsiz?
- Biz bu toplanışa 2-ci dövrədə çempionatın ağırlığını öz üzərinə götürəcək təcrübəli hakimlərlə yanaşı, yaxın gələcəyimiz olan gənc, perspektivli hakimləri də dəvət etmişik. Mən bu 4 gündə gözləmədiyim effekti görürəm. İlk günlər fiziki cəhətdən hakimlər üçün çox ağır idi. Çünki indiyə kimi heç vaxt belə ağır proqramla işləməmişdilər. Lakin hazırda yorğun olmalarına baxmayaraq, günün son toplantısında da fəallıq göstərirlər. Ona görə də mən ayrıca heç kimi fərqləndirə bilmirəm. Sevindirici haldır ki, hakimlərimiz indiyə kimi bu sahədə davam edən qruplaşmalara, umu-küsülərə, yersiz söhbətlərə, dedi-qodulara son qoyaraq mehriban bir kollektiv formalaşdırıblar. Artıq böyük rəqabət yaranıb və hamı özünü yaxşı tərəfdən göstərmək istəyir.
- Təcrübəli hakimlərlə gənclərin vəhdəti necə qurulub?
- Toplanışa gəlməmişdən əvvəl mən bu sahədə problemlərlə üzləşəcəyimi düşünürdüm. Amma elə ilk gündən hər şey qaydasında oldu. Məşqlər zamanı, diskusiyalarda, oyun öncəsi təcrübəli hakimlərin gənclərə necə dəstək verdiklərini görəndə çox sevindim. Biz bu gün işimizi görməklə yanaşı gələcəyimizi də qurmalıyıq. Gənclər indidən öyrənməlidirlər ki, yaxın illərdə meydan onların olacaq. Təcrübəli hakimlərimiz də bunu gözəl başa düşürlər. Və hamı bu yolda öz töhvəsini verməyə çalışır. Mehriban münasibət, gözəl kollektiv qurulan yerdə həmişə uğur olur.
- Bəzi hakimlərimizin zədələndiyi haqda məlumatlar var...
- Təəssüf ki, biz bu möhtəşəm toplanışda zədədən qaça bilmədik. Özü də bu zədəyə qabaqcıl hakimlərimiz məruz qaldılar. Anar Niyazovla Anar Salmanovun ayaqlarında problem var. Bütün vasitələrlə onların çempionata qədər hazır olmalarına çalışırıq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı