"Səbail”in hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 11-ci turunun “Sabah”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə 4:0 hesablı səfər qələbəsini şərh edib.
-Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki qarşıda milli komandanın matçları ilə bağlı fasilə olacaq. Turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq istəyirdik. Çoxları düşünürdü ki, texniki qələbələr sayəsində 3-cü pillədə qərarlaşmışıq. Bu gün həmin mövqedə təsadüfən olmadığımızı sübut etmək istəyirdik. Hamımız qələbə qazandığımız oyundan razı qaldıq. Düzdür, hesabın 4:0 olacağını gözləmirdik. “Sabah” yaxşı komandadır. Əsas odur ki, qalib gəldik.
- 1 qol vurub, 2 məhsuldar ötürmə verdin. Özünü oyunun qəhrəmanı hesab edirsən?
- Yox, komanda yoldaşlarım kömək etməsəydi, bunların heç biri olmazdı. Mən “Səbail” üçün, onun yaxşı nəticə qazanması üçün oynayıram. Onu da deyim ki, saytlardan biri yazmışdı ki, Aftandil Hacıyev məşqçi deyil, çünki Ruslan Qurbanovu sakitləşdirə bilmir. Sübut etdik ki, o, məşqçi, biz isə futbolçuyuq. Həmin yazı məni daha çox motivasiya etdi.
- Prinsipiallıq sırf həmin yazıya görə idi?
- Bəli, mənə də oyundan əvvəl dedilər ki, belə bir şey yazıblar. Bu cür motivasiya verdikləri üçün onlara təşəkkür edirəm.
- Bu gün oyunu izləyənlər arasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov da var idi. Onun burada olması oyununa təsir etdimi?
- Açığı, Qurban Qurbanovun burada olmasına fikir vermədim. Şadam ki, oyunumuza gəldi. Mən də özümü yaxşı tərəfdən göstərə bildim. Milliyə dəvət etsə, təşəkkürümü bildirəcəm. Çağırmasa da, hamı kimi yenidən dəvət almaq üçün əlimdən gələni edəcəyəm.
- Az öncə qeyd etdin ki, tənqidi yazıya görə meydana xüsusi motivasiya ilə çıxmışdın. Ancaq bu gün təkcə sən yox, bütün komanda yaxşı oynadı. Bunu necə izah edərdin?
- “Zirə” ilə oyundan sonra öz səhvlərimizi ətraflı təhlil etdik. Baş məşqçimiz bizə hər şeyi başa saldı. Bu gün meydanda onun tapşırıqlarını tam yerinə yetirdiyimiz üçün belə yaxşı nəticə qazandıq.
- Adətən millinin toplanışından öncəki oyunlarda özünü yaxşı tərəfdən göstərirsən. Sanki yığmaya dəvət almaq üçün həmin ərəfədə daha motivasiyalı oynayırsan...
- Xeyr, mən hər zaman motivasiyalı oluram. Sadəcə, belə alınır ki, yaxşı oyunlarım millinin toplanışı ərəfəsinə təsadüf edir. Komanda yoldaşlarım da mənə kömək edirlər. Hər birinə təşəkkür edirəm. Ümumiyyətlə, hər oyunda qol vurmaq istəyirəm. Amma hər dəfə alınmır.
- Çoxları düşünür ki, “Səbail” haqq etdiyi yerdə deyil. Çünki komanda 5 xalı texniki qələbələrdən qazanıb. Bu haqda fikirlərin maraqlıdır...
- Düzdür, həmin qələbələr olmasaydı, “Sabah” hazırda turnir cədvəlində bizdən öndə olacaqdı. Ancaq nəzərə alaq ki, “Səbail” də gənc komandadır. Heç bir kluba texniki məğlubiyyət arzulamıram. Heç kim belə bir səhv buraxmaq istəməz. Sadəcə, belə alındı. Bu gün isə sübut etdik ki, biz futbol oynaya bilirik.
- Son olaraq milli komanda ilə bağlı soruşmaq istəyirik. Qarşıda 2 həlledici oyun var. Həmin matçlardan nə gözləmək olar?
- İlk növbədə demək istəyirəm ki, həm Farer adaları, həm də Kosovo güclü komandalardır. Bizə çox çətin olacaq. Özünüz də gördünüz ki, evdə Maltaya qələbə topunu vura bilmədik. Doğma meydanda Farer adalarını uda bilərik. Belədə hər şey Kosovo ilə səfər matçında həll olunacaq. Hər iki oyuna 100 faizlik motivasiya ilə çıxmalıyıq. Çünki xalq bizdən nəticə, qələbə gözləyir. Qrupda birinci yeri tutub, onları sevindirməliyik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı