"Biz heç Premyer Liqada bu qədər qol epizodu yaratmırıq" - Rəşad Sadıqov

"Biz heç Premyer Liqada bu qədər qol epizodu yaratmırıq" - Rəşad Sadıqov
MÜSAHİBƏ 5 Oktyabr 2018 / 00:30 4264
-  A +

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda  "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

-
Çoxlu sayda qol epizodları yaratdıq və heç birindən yararlana bilmədik. Düşünürəm ki, çox yaxşı oyun keçirdik.

- Qol epizodlarından yararlana bilməməyiniz nə ilə bağlı idi: həyəcanla, yoxsa ustalıq səviyyəsi ilə?

- Biz heç Premyer Liqanın oyunlarında bu qədər çox qol epizodu yaratmırıq. Çoxlu sadə epizodlarda fərqlənməyi bacarmadıq. Oyun bizim üçün qorxulu yuxu kimi keçdi. Düzdür, sonda bütün komanda ilə irəli atıldığımız üçün "Arsenal" da bir neçə qol epizodu əldə etdi. Bəlkə də Avroliqadakı ən yaxşı oyunlarımızdan birini keçirdik.

- Kənardan oyunu izləmək necə hiss idi: Meydana daxil olub oynamaq istəyirdiniz?

- Oyunu sakit şəkildə izləyirdim. Bir neçə real qol epizodunu əldən verdikdən sonra sanki içimdə elə hiss yarandı ki, meydandan yaxşı nəticə ilə ayrıla bilməyəcəyik. Belə oyunlarda əlinə düşən şansları boşa xərcləyəndə istədiyin nəticəni qazana bilmirsən.

- Azarkeşlərlə bağlı nə deyə bilərsən? 2 və 3-cü qoldan sonra artıq stadionu tərk edirdilər...

- Buna fikir vermədim. Bizə möhtəşəm dəstək oldular. Hər birinə təşəkkür edirik. Yaxşı nəticə qazanıb onları sevindirmək istəyirdik, amma olmadı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi