UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin U-19 komandasının rəqibi olan “Şerif”in müvafiq yaş qrupu üzrə kollektivinin baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına müsahibə verib.
Qol.az-ın məlumatına görə, püşkü dəyərləndirən mütəxəssis təmsilçimizlə oyunların çətin keçəcəyini bildirib.
- Püşkdən əvvəl qarşılaşmaq istədiyiniz hər hansı komanda var idi?
- Xeyr, belə bir şey yox idi. Amma püşkün nəticəsindən razıyam. Daha güclü rəqib də düşə bilərdi. Misal üçün, Berlin “Herta”sı və ya Yunanıstan PAOK-u. Digər tərəfdən, daha güclü rəqiblə oyun futbolçuların inkişafı baxımında təcrübə toplamağa imkan verir. “Qəbələ”nin adi, elə-belə rəqib olduğunu deyə bilmərəm. Amma birinci mərhələdə layiqli çıxış etmək üçün bütün lazımı keyfiyyətlərimiz var. Hazırda çempionatda fasilədir. Bu müddətdən taktiki hazırlıq üçün istifadə edəcəyik. Futbolçuların fiziki durumu istədiyimiz səviyyədədir. Onları psixoloji cəhətdən də hazırlamalıyıq. Bunun özü də ağır işdir.
- “Qəbələ” sizin üçün tanış rəqibdir?
- Bu komanda haqda heç nə bilmirəm. Amma Azərbaycanda futbolun inkişaf etdiyindən xəbərim var. Ölkə futboluna böyük sərmayə qoyulur. Orada güclü futbol məktəbləri fəaliyyət göstərir. Birmənalı olaraq, bizə asan olmayacaq. Rəqibin oyununu hərtərəfli analiz etmək, özünə və gücünə inanan kollektiv formalaşdırmaq lazımdır.
- Siz rəqibi təhlil edərək oyununuzu qurmaq istəyirsiniz, yoxsa öz fəlsəfənizdən istifadə edəcəksiniz?
- Analiz rəqibin güclü və zəif tərəflərini bizə göstərəcək. Bundan sonra Azərbaycanda keçirəcəyimiz ilk oyunun planını təsdiqləyəcəyik.
- İlk oyunun səfərdə olması bizə üstünlük qazandıra bilər?
- Bizim üçün ilk oyunu səfərdə keçirmək daha yaxşıdır. Belədə rəqiblə bağlı geniş məlumatımız olacaq. Bu, qalibin müəyyənləşəcəyi ev oyununa hazırlıq baxımından çox vacibdir. Əsas məsələ səfərdə sərfəli nəticə qazanmaqdır.
- Gənclər Liqasında komandanın qarşısına konkret olaraq hansı hədəf qoyulub?
- Həm əvəzedicilərin çempionatı, həm də 19 yaşadək futbolçulardan ibarət komandaların yarışında vacib oyunlarımız var. Unutmaq lazım deyil ki, növbəti mövsümdə də UEFA Gənclər Liqasına vəsiqə qazanmalıyıq. Bu il üçün əsas vəzifə addım-addım irəliləməkdir. Bu isə o deməkdir ki, əvvəlcə ikinci mərhələyə vəsiqə qazanmaq lazımdır.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər