Yunis Hüseynovun istəyilə “Kəpəz”dən göndərilən Kərim Diniyev Qol.az saytına müsahibə verib.
- “Kəpəz”dən göndərilən 8 futbolçudan biri də sənsən. Qərarı necə qarşıladın?
- Dünən mənimlə birlikdə bir neçə futbolçuya məlumat verildi ki, Yunis Hüseynovun planlarında yoxsunuz. Hər şeyə görə təşəkkür etdik. Dedik ki, çox sağ olsunlar. Yəni, qərarı normal qarşıladıq.
- Belə bir şeyin olacağını gözləyirdin?
- Yox, gözləmirdim. Amma qərarı çox böyük emosiya ilə də qarşılamadım. Çünki futbol həyatında belə şeyi çox görmüşük. Başıma bu cür hadisələr gəlib. Komandadan ayrılmaq, göndərilmək kimi hadisələr olur. Birinci adam deyiləm ki, başına belə bir şey gəlsin. Normal hadisədir, baş məşqçi istəməyib, mən də ayrılmışam.
- Hələ Şahin Diniyevin istefaya göndərilib, Yunis Hüseynovun baş məşqçi təyin olunmasından sonra sənin də atan kimi komandadan göndəriləcəyinlə bağlı xəbərlər dolaşırdı. Amma hər dəfə Yunis müəllimə bu barədə sual verəndə, təkzib edir, səndən narazı olmadığını bildirirdi...
- Nə deyim, deyiləsi nə var? Hər şey bilinir. Belə qərar veribsə, deməli, bir ayın içində hər şey dəyişildi. Hörmətlə yanaşıram, Allah canlarını sağ eləsin.Problem yoxdur.
- Bu qərara görə baş məşqçidən incikliyin var?
- Qətiyyən yoxdur. Niyə inciməliyəm ki? İstəmirlər, istəməsinlər. Belə qərar veriblər, sağ olsunlar. Uğurlar arzu edirəm onlara. Heç bir inciklik ola bilməz.
- Səndən başqa, daha 7 futbolçu ilə yollar ayrıldı. Səncə, mövsümün ortasında bir komandadan 8 yerli oyunçunun göndərilməsi nə dərəcədə doğru addımdır?
- Komanda axırıncı yerdə gedirsə, deməli, elə belə də olmalıymış. Yəqin “Kəpəz”i bu vəziyyətə biz salmışıq. Komandadan göndərilməli futbolçular var imiş, onlar da göndərdilər. Bizdən əvvəl 3 nəfər də legioner futbolçu ilə yolları ayırmışdılar. Sonuncu pillədə olan komandadan bu qədər futbolçu getməlidir. Buna layiqdirlərsə, belə də olmalıdır.
- Onda belə çıxır ki, “Kəpəz”in başlıca problemi sən və göndərilən digər futbolçular imiş...
- Bunu zaman göstərəcək. Onda görəcəyik, problem kimdəymiş.
- Maraqlıdır, bu qərara atanın reaksiyası necə oldu?
- Heç nə, normal qarşıladı. Vaxtında onun da başına bu cür şeylər gəlib. Dedi,hər şey normaldır. Bu səhifə bağlandı. Yeni səhifə açıb, irəli baxmaq lazımdır.
- Qərar sənin üçün gözlənilməz olsa da, yəqin ki, Şahin Diniyev belə bir şeyin baş verəcəyini gözləyirdi. Çünki səndən daha təcrübəlidir...
- Nə yalan deyim, gözləyib-gözləmədiyi barədə söhbətimiz olmadı. Atamı bilmirəm, amma mən gözləmirdim. Yunis müəllimin açıqlamalarından sonra ayrılmağı düşünmürdüm. Dekabrın 14-ü oyunlar qurtardı. Yanvarın 2-nə kimi sakitçilik idi. Dedim, yəqin ayrılmaq söhbəti yoxdur. Çünki heç bir məlumat verilməmişdi. Bəzi sənədlər var idi, onlara qol çəkdik. Yəni, hər şey normal idi. Amma dünən eşidəndə, açığı, bir az gözlənilməz oldu. Amma dediyim kimi, qərarı qeyri-adi emosiya ilə qarşılamadım.
- Komandadan göndərilməyi özünə qarşı haqsızlıq hesab edirsən?
- Dünya bu günə qədər kimə lazım olan dəyəri verib ki, bizə də versin. Heç kimdən incimək lazım deyil. Sağ olsunlar. Deyəcək başqa sözüm yoxdur.
- Qış fasiləsində komanda tapmaq bir az çətin olur. Təkliflərin varmı?
- Düzdür, çətin olur. Sağ olsunlar, qış fasiləsində bizi klubsuz qoydular. Amma 3-4 günə yeni komanda ilə anlaşacam. 1-2 variant var. Yaxın günlərdə açıqlanar.
- Adın “Keşlə” ilə hallanır...
- İndi bu barədə danışmaq tezdir. 1-2 variantım var. Dəqiqləşsin, 2-3 günə açıqlanacaq. Onsuz siz məndən əvvəl bilirsiniz.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord