“Qəbələ”nin futbolçusu İlqar Qurbanov Qol.az saytının suallarını cavablandırıb.
- “Sumqayıt”la oyunda ayaq barmağın qırıldı. Zədən nə yerdədi?
- Yavaş-yavaş özüm gəzməyə başlamışam. Ağrılarım da müəyyən qədər azalıb. Amma yenə də çox gəzə bilmirəm. Çünki hələ də qırıq barmağımın şişi çəkiləmiyb. Bu ayın 20-si yenidən barmağım rentgenə salınacaq. Həkimlər qırığın bitişib-bitişmədiyinə baxacaq. Qırıq bitişəndən sonra məşqlərə başlayacam.
- Zədədən öncə komandada demək olar ki, müntəzəm çıxış edirdin və uyğunlaşmışdın. Bu zədə komandaya adaptasiya olmağına təsir etməyəcək?
- Yox, məncə. Təbii ki, heç bir futbolçu istəməz ki, zədələnsin. Amma yenə də yeməyimə fikir verirəm ki, çəkim artmasın. Məşq etməyəndə çəki də artır. Hər işdə bir xeyir var, qismət.
- Çempionatda yaranan fasilə komandanıza necə təsir etdi?
- Məşqlərimiz davam edir. Hər şey yaxşıdır. Komandamız fasilədən səmərəli istifadə etdi.
- Növbəti turda çempionatın lideri “Zirə” ilə qarşılaşacaqsınız..
- Çox maraqlı rəqibdir və maraqlı oyunçuları var. Öz meydanımızda oynayacağıq, maksimum nəticə üçün mübarizə aparacağıq. Çünki xal itkiləri olmamalıdır.
- “Zirə” bu mövsüm keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. Səncə, çətin olmayacaq?
- Əlbəttə ki, çətin olacaq. Çünki çempionatda asan rəqib yoxdur. "Ziə"də məşqçi işi göz önündədir. Komandalar “Qəbələ”yə qarşı oynayanda daha istəkli olur və buna görə də bütün oyunlar ağır keçir. Komanda yoldaşlarıma inanıram , əllərindən gələni edəcəklər.
- Sabiq komandan “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
- Sevindirici haldır. Azərbaycan üçün böyük nailiyyətdir. Komandada hər kəsi təbrik etmişəm. Yenə də təbrik edirəm, uğurlar arzu edirəm.
- Sən “Qarabağ”da olanda da komanda Çempionlar liqasına vəsiqə qazanmaq üçün çox çalışırdı, amma alınmadı...
- Mən buna görə təəssüflənmirəm. Çünki hər işdə bir xeyir var. Hazırda “Qəbələ”nin futbolçusuyam, burda da işlərim yaxşıdır. Mənim də “Qarabağ”da uğurum çox olub. Dörd dəfə ölkə çempionu olmuşam, Avroliqanın qrupunda çıxış etmişəm. Yaxşı günlərim çox olub. İndi də “Qəbələ”də uğur qazanmaq istəyirəm.
- “Qarabağ”ın qrupdakı rəqibləri “Çelsi”, “Atletiko” və “Roma”dır. Bu rəqibləri necə dəyərləndirirsən?
- “Qarabağ” çətinlik çəkəcək. Bu klublar haqda nəsə deməyə ehtiyac yoxdur. Hamı da bilir ki, necə rəqiblərdir. Çünki onların baş məşqçiləri də güclüdür. Antonio Konte olsun, Dieqo Simeone olsun. Bunlar tələbkar məşqçilərdir. Qarşılarındakı rəqibə baxmırlar və maksimum nəticə əldə etmək üçün komandalarını meydana çıxarırlar.
- Bu komandalara qarşı oynamaq arzun var idi?
- Böyük klubların bir çoxuna qarşı oynamışam. Yəni, ayrılıqda bu klublardan birinə qarşı oynamaq arzum olmayıb. Sadəcə, istəyərdim ki, “Real”a qarşı oynayım.
Məftun RƏSULZADƏ
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı