“Rəqibə göstərdik ki, meydan sahibi kimdir” - Maksim Medvedyev

“Rəqibə göstərdik ki, meydan sahibi kimdir” -  Maksim Medvedyev
MÜSAHİBƏ 21 Oktyabr 2016 / 01:15 6787
-  A +

“Qarabağ”ın futbolçusu Maksim Medvedev PAOK-la oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Qrupda ilk qələbənizi qazandınız...
- Gözlədiyimiz kimi, gərgin mübarizə şəraitində oyun keçdi. Çox diqqətli oynamağa çalışırdıq. Rəqibi analiz etmişdik. Əsas olan nəticədi və lazım olanı qazandıq. Üç xal qazandığımız üçün çox sevinirik. Gələn oyunlara daha çox istək və inamla çıxacağıq.

- PAOK-la cavab qarşılamasının olacağını nəzərə alsaq, bu hesab sizin xeyirinizədir, ya ziyanınıza?
- Düşünürəm ki, xeyirimizədir. Artıq bilirik ki, rəqibimizin oyunu necədir. Matçdan öncə, bir az rəqibdən çəkinirdim. Artıq PAOK-un hansı qüvvələrinin olduğunu bilirik və cavab oyununda bunun qarşısını almağa çalışacağıq.

- Səncə, oyunun ən yaxşısı kim idi?
- Bunu demək biraz çətindir. Bu gün hər kəs yetərincə mübarizə apardı. Komanda şəklində yaxşı oynadıq. Bu səbəbdən kimisə fərqləndirmək istəmərəm.

- Stadionun ot örtüyü sizi qane etdi?
- Oyunun başlarında pis deyildi. Lakin ikinci hissədən sonra yenə problemlər ortaya çıxdı və oynamaq bir az çətinləşdi.

- İlk hissədə müdafiə xəttində məcburiyyətdən tez-tez mövqeyini dəyişirdin. Çətin olmurdu?
- Xeyr, heç bir problem olmurdu. İlk hissədə bəzi məqamlarda ayağım sürüşdü. Oyuna sərbəst başladıq və bir neçə real qol imkanlarımız oldu. Rəqibə göstərdik ki, meydan sahibi kimdir.

- Milli komandanın oyunları, Premyer liqa və Avroliqa. Qrafikin sıx olması yorğunluq yaratmır?
- Əlbəttə ki, çətin olur. Komandaların səviyyələri fərqlidir. “Sumqayıt”la oyuna başqa cür hazırlaşırsan, PAOK-a qarşı başqa cür. Avroliqa oyunlarında kiçik bir səhv belə, böyük problemlər yarada bilir.

Məftun MAHİROĞLU

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi