"Kimisə qorxutmaq fikrimiz yoxdur" - Almeyda

"Kimisə qorxutmaq fikrimiz yoxdur" - Almeyda
MÜSAHİBƏ 10 Sentyabr 2016 / 15:15 5158
-  A +

“Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb

- Oyunu yüngül məşq hesab etmək olar?

- Yaxşı nəticə əldə etdiyimizi demək olar. Məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik və gözəl nəticə alındı. Amma oyunu yüngül məşq hesab etmək olmaz. Kənardan asan görünə bilər, amma hər oyun çətindir.


- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz olan "Slovan"ının məşqçisi də  bu oyunu canlı izlədi. Sizcə, onun gözünü qorxuda bildiniz?

- Bu haqda məlumatlı deyildim. Kimisə qorxutmaq fikrimiz yoxdur. Bu gün şanslarımızı maksimum şəkildə dəyərləndirdik.

- "Slovan"ın məşqçisi Yaroslav Köstl sənin oyununu bəyəndiyini dedi.

- Hər futbolçu oyundan-oyuna daha da artırmalıdır. Meydanda öz işimi görürəm. Bizim öz dəst-xəttimiz var. Qapıçı müdafiəçiələrə, müdafiəçilər də mərkəz xəttə kömək edir. Qurban Qurbanov bizdən hər oyun daha da artırmağı tələb edir. Rəqib məşqçinin haqqımda xoş sözlər deməsinə sevinirəm.

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Bu barədə nə deyə bilərsən?

- Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq və əvvəlki atmosferi görməyəcəyik.


- Avropa Liqasının qrupundan çıxmaq şansınızı necə dəyərləndirirsən?

- Qrupumuz elə də asan deyil. Avropa Liqasında zəif rəqib olmur. Öz oyunumuzu nümayiş etdirəcəyik. İstəyirik ki, uğurlu nəticə əldə edək.


- “Fiorentina” qrupun favoritidir. Digər komandaların şansı necədir?
- Təbii ki, “Fiorentina” favoritdir. Bütün komandalar mübarizə aparacaq. Zəif rəqib yoxdu. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi