Kamran Ağayev: “Heç kimdən qorxmuruq, öz sözümüzü deməyə həmişə hazırıq”

Kamran Ağayev: “Heç kimdən qorxmuruq, öz sözümüzü deməyə həmişə hazırıq”
MÜSAHİBƏ 2 Fevral 2010 / 13:56 3025
-  A +

“Xəzər Lənkəran”ın və milli komandamızın qapıçısı Kamran Ağayevin Qol.Az saytına blits müsahibəsi.

- Sabah qış fasiləsindən sonra ilk oyuna çıxırsınız. “Standard”a qarşı keçirəcəyiniz qarşılaşmayla bağlı fikirlərin necədir?
- Komandamız Antalyada yaxşı təlim-məşq toplanışı keçdi. Heyətimizi iki yeni futbolçu ilə gücləndirmişik. Sabahkı qarşılaşmaya da hər oyuna olduğu kimi hazırlaşmışıq. Əsas odur ki, çalışıb, öz oyunumuzu tapaq. “Standard”ın da yeni transferləri var. Bizə qarşı necə çıxış edəcəklərini bilmirik. Sabahkı qarşılaşmada tək məqsədimiz qalib gəlməkdir. İnşallah, bu arzumuza çatarıq.
- Bayaq sənin də qeyd etdiyin kimi “Standard” heyətini bir neçə yeni transferlə gücləndirib. Bu amil səni qorxutmur ki? 
- Ümumiyyətlə, “Xəzər Lənkəran” heç zaman qorxaq oyun nümayiş etdirməyib. Heç bir klubdan qorxmuruq. Bununla belə bütün klublara hörmətimiz var. 
- Çempionatla bərabər həm də kubok uğrunda mübarizənizi davam etdirirsiniz. Yəqin ki, qarşınıza qoyduğunuz məqsəd dəyişməz olaraq qalıb. Həm ölkə çempionu adını, həm də kuboku qazanmaq... 
- Bizim üçün çempionat çox vacibdir. Təbii ki, ölkə çempionu olmaqla bərabər kuboku da qazanmaq pis olmazdı. İnşallah, kuboku da qazanarıq.
- “Standard” klubunda təhlükəli hesab etdiyin oyunçu varmı? Məsəlçün Fərid Quliyev ölkə çempionatının bombardirləri arasında gedir.
- Bütün klublarda təhlükəli oyunçular var. Amma heç kimdən nə çəkinirəm, nə də ki qorxuram. Mənim üçün qarşımdakının kim olmasının elə də bir xüsusi önəmi yoxdur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi