"Zestafoni"nin baş məşqçisi: "Gürcüstan çempionu "Neftçi"ni məğlub etməlidir"

"Zestafoni"nin baş məşqçisi: "Gürcüstan çempionu "Neftçi"ni məğlub etməlidir"
MÜSAHİBƏ 14 İyul 2012 / 01:14 3840
-  A +

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də “Neftçi” ilə qarşılaşacaq “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvilinin klubun rəsmi saytına müsahibəsi

- Gələn həftə komandanızı ağır sınaq gözləyir. Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaqsınız. Komandanız bu matça nə dərəcədə hazırdı?

- Biz Avstriyada yaxşı toplanış keçdik. Yoxlama görüşlərində bir neçə rəqiblə qarşılaşdıq. Şərait yüksək səviyyədə qurulmuşdu. Mən hazırlıqdan razı qaldım. Bir neçə suallara özümüzdə cavab tapa bildik.

- Nəyi nəzərdə tutursunuz?

- Biz bilmək istəyirdik ki, heyətimizdən ayrılan oyunçulardan sonra hansı futbolu nümayiş etdirəcəyik. Tornike Qriqalaşvili, Quram Samuşiya, Luka Ququçiya, Mixail Sardalaşvili sübut etdilər ki, əsas heyətdə çıxış edə bilərlər.

- Komandada kimi Şota Qriqalaşvilinin əvəzedicisi adlandırmaq olar?

- Şota kimi futbolçular komandanı tərk edəndə onlara əvəzedici tapmaq çətin olur. Bəzi hallarda isə daha yaxşılarının ortaya çıxması mümkündür. Şəxsən mən orta xəttdə Samuşiyu, Ququçiyu və digər futbolçuları görürəm. Şotanı isə Şarikadze əvəz edə bilər.

- Hansı taktikanı seçəcəksiniz: 4-4-2 yoxsa 4-3-3?
- Sonuncu dəfə biz 4-4-2 sxemi ilə oynadıq.

- Georgi Kaçkaçişvili Onianini əvəzləyə biləcək?
- Kaçkaçişvili çox yaxşı müdafiəçidir. Onun böyük potensialı var. Sadəcə olaraq, o mövsümə gec başladı.

- Belə anlama gəlir ki, “Neftçi” ilə oyunda meydana çıxmayacaq?
- İndiki vəziyyətdə bu çox çətin görünür. Ondan başqa bizim Qriqalaşvili, Kobaxidze, Sadjaya kimi mərkəz müdafiəçilərimiz var. Orta xətt bizdə tam qaydasındadır.

- “Neftçi”nin Avstriya toplanışı çərçivəsində bir neçə matçını izlədiniz. Komanda sizdə hansı təəssüratları yaratdı?

- “Neftçi” heyətində əhəmiyyətli dərəcədə dəyişiklik edib. Komandada bir neçə yeni transfer görmək mümkündür. Demək olar ki, müdafiəçilər və qapıçıdan başqa hər kəs yenidir. Hücum xəttində yaxşı potensialları var. Hücumçuların çoxusu əcnəbidir. Bu isə komandanın yaxşı maliyyə imkanı olması ilə əlaqədardır. Bu tipli rəqiblər qarşısında komandamızın hər zaman üstünlüyü olur. Özümüzün güclü tərəflərinə bələdik. Mən komandalar arasında heç bir fərq görmürəm. Şanslar bərabərdir. Buna baxmayaraq, Gürcüstan çempionu Azərbaycan birincisini məğlub etməlidir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi