Modriç millimizlə oyunda zədələnib

Modriç millimizlə oyunda zədələnib
DÜNYA FUTBOLU 12 Sentyabr 2019 / 15:45 1796
-  A +

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç zədələnib.

Qol.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində yığmamızla Bakıdakı görüşdə (1:1) zədələnən yarımmüdafiəçinin bud nahiyəsindən ağrılar var.
 
Klubun rəsmi Tvitter səhifəsində Modriçlə bağlı qeyd olunub: “Luka Modriç bu gün tibbi yoxlanışdan keçib. Müayinələrdən sonra onun sağ ayaq əzələsinin zədələnməsi diaqnozu qoyuldu. Onun bərpa prosesi davam etdiriləcək”.

Xatırladaq ki, Luka Modriç millimizlə görüşdə penaltidən hesabı açmışdı.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi