Milli komandamız və "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Qol.az-a müsahibə verib. Yığmamızın gələn ay Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə keçirəcəyi oyunlar haqda danışan futbolçu "ağ-qaralar"ı "Səbail"ə dəyişəcəyi ilə bağlı xəbərlərə isə münasibət bildirmək istəməyib.
- Artıq bir neçə gündür millinin düşərgəsindəsən. Əhval-ruhiyyə necədir və qarşıdakı oyuna hazırlıq hansı səviyyədə gedir?
- Artıq hazırlığa başlamışıq. Məşqlərimiz yüksək səviyyədə keçir. Əhval-ruhiyyə də yaxşıdır. İnanıram ki, birinci oyuna optimal vəziyyətdə çıxacağıq.
- Yəqin ki, toplanışdan öncə iclas olub. Qarşınıza vəzifə qoyulubmu ki, 2 oyundan bu qədər xal toplamalısınız?
- Yox, elə bir hədəf qoyulmayıb. Hələlik yüngül məşqlər keçirik. Sabahdan tam heyətlə toplaşıb, daha ciddi hazırlaşacağıq. Əsas toplanış ayın 24-də başlayacaq. Yəqin, iclasımız da o zaman olar. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Bunu bizə məşqçinin deməyi lazım deyil. Özümüz də başa düşürük ki, evdə bacardığımız qədər xal qazanmalıyıq.
- Çempionat yenicə başa çatıb. Ağır mövsümdən sonra istirahət üçün elə də çox vaxtınız olmadı. Yorğunluq var?
- Xeyr. Əslində istirahət etməyə vaxtımız olub. Yalnız kubokun finalında oynayan futbolçular dincələ bilmədilər. Bizim isə axırıncı turdan sonra 1 həftə boş vaxtımız oldu. İstirahət etmişik, tam gücümüzlə oyunlara hazırlaşacağıq.
- İyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya ilə oynayacaqsınız. Hər iki oyundan nə gözləyə bilərik?
- Futboldur, əvvəlcədən nəsə demək çətindir. Millimiz, ölkəmiz adına meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlərimizi sevindirək. Əlbəttə, asan olmayacaq. Hər iki rəqib iddialıdır. Heyətində səviyyəli futbolçular çıxış edir. Amma evdə oynayacağımız üçün yaxşı nəticə qazanmaq istəyirik.
- Mövzunu dəyişək. Son vaxtlar "Səbail"ə keçəcəyinlə bağlı xeyli xəbər yayılıb. Elə sözügedən komandanın baş məşqçisi Aftandil Hacıyev də müsahibəsində sənə görə "Neftçi"yə təklif göndərəcəklərini söyləyib. İstərdim ki, bu məsələyə özün aydınlıq gətirəsən.
- Açığı, indi bu barədə danışmaq istəmirəm. Çünki millinin oyunlarına hazırlaşıram. Bu matçlardan sonra nəyin necə olacağını görəcəyik.
- Deyilənə görə, səninlə şifahi danışıq və ilkin razılıq olub...
- Bu barədə danışmaq istəmirəm. Bütün fikrim milli komandadadır.
- "Neftçi" ilə hələ 1 illik müqavilən var. Komandada qalmağı düşünürsən, yoxsa?..
- Heç nə deyə bilmərəm. İndi bunu danışmağın vaxtı deyil.
Elnur SALAHOV
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi
1-ci liqada yeni mövsümün püşkü atıldı
"İki top fərqi dünyanın sonu deyil" - Barnabas Varqa
Kevin Trapp Fransaya qayıtdı
Xabi Alonso Arda Güleri təriflədi
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Rövşən Nəcəfdən "Qarabağ"a təbrik
Azərbaycan Premyer Liqasında 10 il sonra ilk dəfə
Salahdan tarixi rekord
“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!
“Musanın qoluna xüsusən sevindim” - Tahir Gözel
"Real" mövsümə qələbə ilə başladı
Budapeşt zəfəri - Video
Çempionlar Liqasında pley-off başladı
"Qarabağ"dan Macarıstanda möhtəşəm qələbə
Azərbaycan millisi Monteneqroya qalib gəldi
"Zirə" - "Araz-Naxçıvan" oyunundan - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı