Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, "Qarabağ" əzmkar oyun nümayiş etdirib və vacib səfər matçında qalib gəlib - 3:1.
Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.
19 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:3
Qollar: Barnabas Varqa, 29 (1:0), Marko Yankoviç, 50 (1:1), Kevin Medina, 67 (1:2), Musa Qurbanlı, 85 (1:3)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi