"Zirə”nin qapıçısı Tiaqo Silvanın QOL.az saytına müsahibəsi
- Mövsümün ilk oyununda “Araz-Naxçıvan”la heç-heçə etdiniz. 1:1-lik bərabərliyi necə şərh edərdiniz?
- Çətin oyun oldu. Rəqibə nisbətən meydanda daha yaxşı idik. Qolumuzu da vura bildik. İstərdik ki, yaratdığımız qol fürsətlərindən yararlanaq. Təəssüf ki, alınmadı. Əvəzində rəqib qol vurdu. Şansları boşa verəndə nəticə belə olur.
- Həqiqətən də “Araz-Naxçıvan”la müqayisədə qol şanslarınız daha çox idi. İkinci dəfə fərqlənmək üçün nə çatışmadı?
- Qol vurmaq (gülür). Bu cür qol fürsətlərini yaradıb fərqlənə bilmirsənsə, düşünürəm ki, bunun üzərində çalışmaq lazımdır. Növbəti matçlarda da bu cür qol epizodları yaratsaq, 3-4 dəfə fərqlənmək olar.
- Qol vurduğunuz epizodda komanda yoldaşlarınız sevinərkən meydanın mərkəzinə gəldiniz və “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala ilə aranızda mübahisə yarandı. Rəqibi təxribata çəkirdiniz?
- Xeyr. Qətiyyən təxribatdan söhbət getmir. Sadəcə bu, mənim adətimdir. Hər dəfə qol vurduqdan sonra meydanın mərkəzinə gəlirəm. Bu, bir növ komanda yoldaşlarıma yaxın olmağım, qolu onlarla birgə qeyd etməyimdir. Rəqib futbolçularla aramızda hansısa dialoq ola bilər.
- Ümumiyyətlə, meydanda iki komanda arasında tez-tez gərginlik yaşanırdı. Bunu nə ilə əlaqələndirirsiniz? Ola bilər ki, bu, avrokuboklardakı uğursuzluqdan irəli gəlirdi?
- Öz komandamızın adından deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, rəqib “Araz-Naxçıvan”dır, yaxud “Hayduk”dur, biz çalışırıq əlimizdən gələnin ən yaxşısını edək. Rəqibin də Konfrans Liqasında çıxışı başa vurduğunu nəzərə alsaq, bu aqressiya başadüşüləndir. Oyundakı yüksək intensivliyi də nəzərə alsaq, belə halların olması normaldır.
- Bəzi komandalar mövsümün əvvəlində çempionluğa oynayacaqlarını açıqlayıblar. Bəs “Zirə”?
- Komanda şəklində hər kəs bunu istəyər. Mən 3 il əvvəl “Zirə”yə gəlmişəm və 2 dəfə gümüş medal qazanmışam. Könül istərdi ki, çempion olaq. Mən öz adımdan deyirəm, çempion olmaq istəyirəm.
- Qeyd etdiyiniz kimi, artıq 3 ildir “Zirə”dəsiniz. Seçim sizin əlinizdə olsa, daha nə qədər komandada qalmaq istərdiniz?
- Proqnoz vermək istəmirəm. Ümumiyyətlə, gələcəklə bağlı danışmağı sevmirəm. Keçmişdə baş verənlər keçmişdə qalıb, gələcək barədə danışmaq isə tez olar.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır