UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında evdə “Qarabağ”a uduzan (1:3) Macarıstanın “Ferensvaroş” komandasının üzvləri bərk məyusdurlar.
QOL.az xəbər verir ki, matçdan sonra açıqlama verən komandanın bəzi futbolçuları həmçinin qəzəblərini gizlətməyiblər. Buna səbəb isə nə qədər qəribə görünsə də, “Qarabağ”ın oyunçularının vurduqları qollara etik çərçivələri qorumaqla verdikləri emosional reaksiyalarıdır. Açıqlamalardan sezilir ki, onları nəinki məğlubiyyəti həzm etmir, həm də “Qarabağ”ın buna layiq olmadığını düşünür.
Matçdan sonra “Fradi”nin 19 yaşlı yarımmüdafiəçisi Tot Aleks (Tóth Alex) yerli jurnalistlərə deyib:

“Qarabağ”ın çox böyük imkanları yox idi, amma olan fürsətlərdən maksimum yararlandılar. Ola bilər ki, bizim səhlənkarlığımız üzündən onlara belə böyük imkanlar verdik. Məsələn, bu üç qol kimi. Amma biz bundan da böyük geridönüşlər görmüşük. Ona görə də şansımız tam var. Komandama inanıram, birlikdə bacaracağıq”.
“Fradi”nin gənc istedadı baş məşqçi Robbi Kinin sözlərinə qoşularaq cavab oyununda “özündənrazı görünən rəqibi” (ifadə Macarıstanın “Origo” nəşrinə aiddir - red.) necə təəccübləndirə biləcəklərindən də danışıb: “Elə sevinirdilər ki, sanki duel artıq bitib. Bu, heç də xoş görünmədi. Buna görə də biz həqiqətən onları cavab oyununda məyus etmək istəyirik. Çünki ən yaxşısı odur ki, əvvəlcə belə mənzərə görürük. Sonda isə biz sevinirik”.

“Origo” nəşrinin yazdığına görə, “Qarabağ” futbolçularının sevinc hərəkətləri “Ferensvaroş”un başqa bir futbolçusu Qruber Jomboru (Gruber Zsomboru) da əsəbiləşdirib. Onun fikrincə, Varga Barnabaş möhtəşəm qol vurdu, amma azərbaycanlılar bərabərlik qolundan sonra daha da ruhlanaraq ikinci hissədə çox yaxşı oynayıblar:
“Üçüncü qolu əslində əngəlləyə bilərdik. Biz hesabı 2:2 etmək üçün hücum edirdik. Təəssüf ki, belə şeylər olur. İşimiz asan deyil, səfər oyununa hər şeyimizi ortaya qoymalıyıq. Çalışacağıq ki, oyunun əvvəlində tez qol vuraq, ondan sonra matç daha açıq olacaq. Çox güman, onlar müdafiəyə qapanacaqlar. Çünki indiki nəticə onlara sərf edir. Bizim üçün əsas vəzifə mərhələ keçmək olacaq. Rəqibin hərəkəti bu hər kəsi əsəbiləşdirir. Onların necə sevindiklərini gördük. Amma hələ heç nə bitməyib, biz Çempionlar Liqasına düşmək üçün oynayırıq. Hər kəs uğura acdır, göstərməliyik ki, biz onlardan daha güclüyük”.

Qapıçı Deneş Dibus isə deyib: “Kaş ki, onlar (“Qarabağ”) özlərinə həddən artıq güvənsin. Biz isə təslim olmuruq, Elə hazırlaşacağıq ki, bütün gücümüzü bu 90 dəqiqəyə qoyaq. İstəyirik ki, əsas vaxtda ən azı iki top fərqi ilə qalib gələk. Sonra isə görək, necə olur. Hər kəs təyyarəyə qalxanda yalnız qələbə barədə düşünməlidir və həm özü, həm də komandası bu fərqi aradan qaldıracağına inanmalıdır”.
Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi