“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson Antalyada Polşanın “Piast” klubu ilə yoxlama oyunundan sonra Qol.az-a ayaqüstü müsahibə verib. Güclü yağış altında oynamağın çətinliyindən danışan 34 yaşlı qolkiper Ağdam klubundan ayrılacağı ilə bağlı İslandiya mətbuatında çıxan xəbərlərə də son nöqtəni qoyub.
- Neçə illərin futbolçususunuz. Əvvəllər belə havada oyunlarınız olubmu?
- Bəli, olub. Bir-iki dəfə oyunlarımız bu cür hava şəraitinə təsadüf edib. Yadımdadır ki, Albaniyada dostum Ansinin komandasına qarşı oynayırdıq. 2:1 udduğumuz matçda da belə bir hava var idi. Xoş olmasa da, bu cür yağışlı havada oynamışıq.
- Ümumiyyətlə, belə hava şəraitində oynamaq nə kimi çətinliklər yaradır?
- Meydançanın vəziyyəti pisləşir, topun trayektoriyasını bilmək olmur. Qapıçılar üçün eyni problemdir. Topun sürətini hesablamaq olmur. Harda dayanacaq, hara gedəcək, bilmək olmur. Ona görə də belə vəziyyətlərə daha çox fokuslanmalıyıq.
- İslandiya mətbuatında “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər dolaşır. Bununla bağlı fikirlərinizi bilmək istərdim. Ümumiyyətlə, özünüzü “Qarabağ”da necə hiss edirsiniz?
- Yazılanları mən də mətbuatdan oxuyuram. Elə bir söz deməmişəm. Özümü “Qarabağ”da yaxşı hiss edirəm. Bu komandada qalacağam. Yarışın içindəyik, mübarizə aparırıq. Özümü ən yaxşı tərəfdən göstərib, komandama kömək etməyə çalışıram.
- İslandiya millisinin baş məşqçisi bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, Halldorssonun ehtiyatda qalmasına, Qurban Qurbanovun qərarına görə narahatdır. Yığmanın çalışdırıcısının, yaxud da sizin özünüzün “Qarabağ”ın baş məşqçisi ilə bu barədə hər hansı söhbətiniz olubmu?
- Bəli, bu vəziyyət millinin baş məşqçisinin də xoşuna gəlmir. Amma futbolda belə şeylər olur. Mən də öz şansımı gözləyirəm. Əlimə düşən imkandan maksimum yararlanıb, həm "Qarabağ"a, həm də milli komandaya kömək etmək istəyirəm.
- Son olaraq, bu mövsümdə “Qarabağ”dan gözləntiləriniz nədir?
- Həm Premyer Liqanı, həm də kuboku qazanmaq üçün yaxşı şansımız var. Hər ikisi bizim üçün vacibdir. Hazırda lider “Neftçi”dən cəmi 3 xal geri qalırıq. Fasilədən sonra ilk oyunumuz onlara qarşı olacaq. Çox önəmli bir qarşılaşmadır. Hər iki cəbhədə uğur qazanmaq üçün fikrimizi cəmləşdirib, ən yaxşısını etməyə çalışacağıq.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı