“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Vorskla”ya qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə qələbəni şərh edib.
- Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Ötürmə ilə oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq. Maraqlı oyun keçirdi. Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də oyunun daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi. Çünki 1:0 öndəydik. Bizdə motivasiya da yaxşı idi. İstəyirdik ki, axıra kimi "Vorskla" ilə mübarizə aparaq. Təəssüf ki, Bakıdakı oyunda məğlub olmuşduq. Yaxşı ki, bu görüşdə qələbə qazana bildik. Təbii ki, sevinirik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb. Növbəti matçlarda da daha yaxşı oynamalıyıq.
- Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?
- Gizlətməyəcəyəm. Əlbəttə ki, xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu.
- Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?
- Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi
təəccübləndirmək olmaz. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.
- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- Komandanın aktivində üç xal var. Bu çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla"da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq.
- Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin an barədə nə deyə bilərsiniz?
- Birinci matçda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya ötürmə verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim. O da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim.
- Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz...
- Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə ötürmə verirdi. Amma topa uyğun gedə bilmirdik. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.
- Ola bilər ki, bunu bilərəkdən etsinlər?
- Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və ötürmə vermək olmurdu.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi