"Hakimə "şərəfsiz" deməmişəm" - Rauf Əliyev

"Hakimə "şərəfsiz" deməmişəm" -<b style="color:red"> Rauf Əliyev</b>
MÜSAHİBƏ 30 Oktyabr 2018 / 15:23 1161
-  A +

"Qəbələ"nin hücumçusu Rauf Əliyev Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 9-cu turunda "Sumqayıt"la oyunun sonlarında yaşanan qalmaqala aydınlıq gətirən futbolçu görüşün baş hakimi Orxan Məmmədovun idarəçiliyindən danışıb.

- Son turda "Sumqayıt"a ilk hissədə 0:2 uduzsanız da, sonradan hesabı bərabərləşdirə bildiniz. Qələbə qazanmaq üçün nə çatmadı?

- Bəli oyunun əvvəllərində hesabda 2 top fərqilə geriyə düşdük. Çox çətin vəziyyət yaransa da, toparlana bildik. Bu mənada ilk hissənin sonunda qol vurmağımız yaxşı oldu. İkinci yarıda isə bərabərliyi yaxaladıq. Ondan sonra da şanslarımız oldu. Amma istifadə edə bilmədik. Əslində oyun ortada idi. "Sumqayıt" da qələbə qazana bilərdi. Onların da epizodları var idi. Buna baxmayaraq, hesab dəyişmədi.

- Səkkizinci turda "Neftçi" üzərində inamlı qələbədən sonra hamı düşünürdü ki, "Qəbələ" artıq özünə gəlir, amma yenə xal itirdiniz...

- Üzərimizdə təzyiq olmağı bizə çətinlik yaradır. Çempionata pis başladığımız üçün bir az inamsızlıq var. Əlbəttə, "Neftçi" ilə oyundan sonra hamı bizdən qələbə gözləyirdi. Bəlkə də görüşün əvvəllərində erkən qollar buraxmasaydıq, qalib gələ bilərdik. Çünki bizim şansımız daha çox idi. Növbəti turda "Sabah"la qarşılaşacağıq. İnanıram ki, bir qələbə ilə hər şeyi yoluna qoymaq olar.

- "Sumqayıt"la oyundan sonra Orxan Məmmədovun idarəçiliyi çox müzakirə olundu. Səncə, baş hakim niyə belə qərarlar verdi?

- Son dəqiqələrdə baş verən hadisə ilə bağlı hakimlikdən çox danışıldı. Ola bilər ki, bəzi yanlış qərarlar oldu. Ona görə bu qədər müzakirə olundu.

- İkinci "sarı"dan qırmızı vərəqə aldığın epizodda hakimin qərarı haqlı idi? Deyəsən, sonradan özün də görüşün dördüncü hakimi Ramil Əhmədovu söydüyünü etiraf etmisən...

- Saytlarda da oxudum ki, guya hakimi təhqir etdiyim üçün vərəqə almışam. Yox, belə deyil. Oyundan sonrakı gün şəhərdə təsadüfən Orxan Məmmədovla qarşılaşdım. Özünə də dedim ki, 4-cü hakimi təhqir etməmişəm. O da mənimlə razılaşdı və bildirdi ki, etiraz etdiyim üçün sarı vərəqə göstərib. Dünyanın hər yerində hakim qərarlarına etiraz edirlər. Saytlarda hakimə "şərəfsiz" dediyim yazılıb. Ancaq mən heç vaxt ona elə söz demərəm. Doğru məlumat deyil. Vərəqə alana kimi hakimi söyməmişəm. İkinci "sarı"nı göstərəndən sonra isə özümdən çıxdım. Bu da normaldır. Səhv qərar hamını özündən çıxara bilir.

- Necə düşünürsən, Orxan Məmmədovun qərarları səhv idi, yoxsa qərəz?

- Açığı, oyunda Orxanın ciddi səhvini görmədim. Sadəcə, matçın son dəqiqələrində problem yaşandı. Onu da başa düşmək olar, bəlkə də səhv görüb. İnsandır, yanlış qərar verə bilər. Həmin epizodda köməkçi hakimlər ona kömək edə bilərdi.

- Onuncu turda Qəbələdə "Sabah"la oynayacaqsınız. Rəqib debütant olsa da, yaxşı təsir bağışlayır. Hazırda 16 xalla 4-cü pillədə olmaları da bunu təsdiqləyir. Həmin oyunla bağlı nə deyə bilərsən?

- "Sabah" həqiqətən çempionatın sürpriz komandasıdır. Qazandığı nəticələrdən də yaxşı kollektiv olduğu görünür. Son oyunda "Zirə" üzərində qələbə qazandılar. Heyətində keyfiyyətli futbolçular var. Yaxşı oyun göstərirlər. Çempionatın ilk dövrəsində onlara məğlub olmuşuq. Düşünürəm ki, maraqlı oyun olacaq. Xal ehtiyatımızı yaxşılaşdırmaq, digər komandalarla aradakı fərqi azaltmaq üçün çox vacib oyundur.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər

12.11.18  12:34

Riberi jurnalisti vurdu

12.11.18  02:00

PSJ-dən darmadağın

12.11.18  00:24

"Vorskla" yenə uduzdu