"O vaxt çempionat daha maraqlı idi" – Erik Ramos

"O vaxt çempionat daha maraqlı idi" – Erik Ramos
MÜSAHİBƏ 17 Sentyabr 2018 / 17:15 4592
-  A +

"Sabah"ın yarımmüdafiəçisi Erik Ramos Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışan paraqvaylı futbolçu maraqlı fikirlər səsləndirib.

- Əvvəlcə dünənki qələbə münasibətilə sizi təbrik edirəm. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Təbrikə görə çox sağ olun. Həqiqətən çox çətin qarşılaşma oldu. İlk hissədə oyuna yaxşı nəzarət etdik və qol vurduq. İkinci yarıda isə meydanda azlıqda qaldıq. Bundan sonra oyun olduqca mürəkkəbləşdi.

- Oyundan sonra "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə mətbuata açıqlamasında bildirib ki, "Sabah" cəmi 1 dəfə hücum etdi, onda da qol vurdu...

- Razıyam, ikinci hissədə rəqibin xeyli qol fürsəti oldu, amma yararlana bilmədilər. Çox yaxşı müdafiə olunduq. Saşa Stamenkoviç fantastik çıxış etdi.

- 4 turdan sonra 9 xal toplamısınız və 2-i pillədəsiniz. Mövsümə uğurlu başlamağınızın sirri nədədir?

- Uğurun sirri məşqlərdə çox işləməyimiz və yaxşı kollektivimizin olmasıdır. Mən hər şeyi bununla əlaqələndirərdim.

- Yəqin ki, mövsümün əvvəlində siz özünüz də komandada bu cür yaxşı başlanğıc gözləmirdiniz...

- Bizim yaxşı komandamız var. Məhz bu səbəbdən yaxşı oyun göstəririk. Lakin hələ də oyun təfəkkürümüz azdır.

- Növbəti turda "Səbail"lin qonağı olacaqsınız. Sizcə, uğurlu seriyanı davam etdirmək mümkün olacaq?

- Çox gərgin oyun olacaq. Çünki "Səbail" ev oyunlarını süni meydançada keçirir. Bu isə matçı bizim üçün daha mürəkkəb edəcək.

- İki illik fasilədən sonra yenidən Azərbaycana qaytıdınız. Futbolumuzda nə kimi dəyişikliklər gördünüz?

- O vaxt burada oynayanda 12 komanda var idi. Çempionat daha maraqlı idi. İndi isə cəmi 8 klub qalıb. Bu baxımdan bir az gerilik hiss olunur. Qalan hər şey qaydasındadır.

- Premyer Liqanın 7-ci turunda "Neftçi" səfərinə yollanacaqsınız. 4 il bu komandanın şərəfini qorumusunuz. Maraqlıdır, həmin oyuna hansı hisslərlə çıxacaqsınız?

- Sizin də vurğuladığınız kimi, 4 il "Neftçi"nin formasını geyinmişəm. Bu komandada xeyli xoş xatirələrim var. İndi isə onlara qarşı oynayacağam. Bu, məndə qəribə hislər oyadır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi