"Ciddi sual verin" - Roberto Bordin

"Ciddi sual verin" - Roberto Bordin
MÜSAHİBƏ 17 Sentyabr 2018 / 00:33 6522
-  A +

"Neftçi"nin baş məşqçisi Roberto Bordin  Topaz Premyer Liqasının 4-cü turunda evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə,  italiyalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Komandamızın oyunundan çox razıyam. Üzücü hal odur ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik. Ancaq fasilədən sonra yaxşı oynadıq, qol epizodları yaratdıq və sonda məqsədimzə çatdıq. Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular.

- Dediniz ki, oyundan razı qaldınız. Ancaq "Neftçi" 88-ci dəqiqəyədək meydanda var-gəl edirdi. O vaxtadək komandanız harada idi?

- Ola bilər ki, siz başqa oyuna baxırdınız. Ciddi sual verin, onu cavablayım.

- Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini açıqladı. Bəs siz necə düşünürsünüz?

- İlk hsisədə qol imkanları yaratsaq da, vura bilmədik. Bəxt onda gətirər ki, 1 qol epizodu yaradasan və ondan istifadə edərək qalib gələsən.

- İlk 3 oyunda cəmi 7 dəqiqə oynamış Rəhman Hacıyev bu gün əsas heyətdə meydana çıxdı. O, tələblərinizə nə dərəcədə cavab verdi?

- Rəhmandan razıyam. Meydanda üstün oyunumuzda pay sahibi oldu. Bu gün şans verdiyim futbolçulardan razı qaldım.

- Bu suala "Neftçi"nin baş məşqçisi kimi yox, italiyalı mütəxəssis kimi cavab verməyinizi istərdik. "Qarabağ" - "Sumqayıt" matçında penalti ilə bağlı mübahisəli epizodlar haqda nə düşünürsünüz?

- Açıq-aydın görünürdü ki, penalti vardı. Burada penalti verməmək şansı da yox idi. Düşünürəm ki, bu, sadə vəziyyət idi. Həm baş hakim, həm laysnman asanlıqla penalti qərarı verə bilərdi.

- Zədəli Emin Mahmudovun yoxluğu komandanın hücum quruculuğuna necə təsir göstərdi?

- O, çox keyfiyyətli futbolçudur, hücumameylli oyunçudur, təhlükəli epizodlar yaradır. Mahmudov hətta kapitan sarğısını daşıyıb. Rəhman onun yerində kifayət qədər yaxşı oynadı, təhlükəli epizodlar yaratdı. Hacıyevdən razıyam.

- Mahmudovun durumu necədir? Növbəti matçda oynayacaq?

- Millidən zədəli gəlib, durumuna baxacağıq. Buna əsasən qərarımızı verəcəyik.

- Dario Federikonun daha çox fərdi oyuna üstünlük verməsi sizi narahat edirmi?

- Dario və Dabo fərdi oyunları ilə seçilən futbolçulardır. Onlardan razıyam. Top itkilərini normal sayıram. Yorulduğu üçün Darionu ikinci hissədə əvəzlədim.

Daha çox


Son xəbərlər