“Keşlə”nin yeni transferi Ebrima Sohna Qol.az saytına müsahibə verib. Bakı klubuna keçidindən danışan “Çelsi”nin sabiq yarımmüdafiəçisi maraqlı fikirlər səsləndirib.
- Dünən yeni klubunuzla rəsmi müqavilə imzaladınız. Bu, “Keşlə”nin Andre Klennondan sonra VPS klubundan ikinci transferidir. Maraqlıdır, sizi komandaya Klennon məsləhət görüb?
- Yox, məni “Keşlə”yə Andre təklif etməyib. Sadəcə, ikimizin də mecerimiz eyni şəxsdir. Andre kimi, məni də komandaya o gətirib.
- Bir neçə gündür yeni komandanın düşərgəsindəsiniz. Təəssüratlarınız necədir?
- Hələ “Keşlə”yə keçməmişdən öncə menecerim mənə demişdi ki, belə bir klub var. Açığı, elə ilk söhbətimizdəcə bu komanda haqda xoş sözlər söylədi. Düşərgəyə qoşulduqdan sonra isə eşitdiklərimi gözlərimlə gördüm. Yeni gəlsəm də, komandada məni hər şey qane edir. Mehriban kollektivimiz var.
- Vikipediyanızda “Çelsi”də oynadığınız göstərilsə də, ətraflı məlumat yoxdur. Doğrudan da bu klubda çıxış etmisiniz?
- “Çelsi”nin məşqçiləri məni 17 yaşadək futbolçulardan ibarət yığmaların dünya çempionatında görmüşdülər. Həmin vaxt oyunumu izləyən seleksiyaçılar turnirdən sonra məni Londona apardılar. Beləcə “Çelsi”yə transfer oldum.
- London klubunun hansı komandasında oynamısınız?
- Əsasən ikinci komandada oyunlara çıxırdım. Bəzən isə əsas heyətlə məşqlərdə iştirak edirdim. “Çelsi”dən sonra oyun praktikası qazanmaq üçün Norveç çempionatına yollandım.
- Həm də Qambiya millisinin üzvüsünüz. Hələ də yığmaya dəvət alırsınız?
- Əlbəttə, indi də milliyə çağırılıram. Demək olar ki, bütün toplanışlara gedirəm.
- Bəs Azərbaycan çempionatı haqda məlumatınız var?
- Elə də çox deyil. Amma menecerim bəzi məlumatlar verib. Bilirəm ki, rəqabətli çempionatınız var.
- Hazırlıqlarınız necə keçir?
- Hər şey normaldır. Komandada yaxşı-ab hava var. Futbolçular məni çox isti qarşıladılar. Özümü evimdə hiss edirəm.
Elnur SALAHOV
"Şalke" - "Mançester Siti": heyətlər
"Atletiko" - "Yuventus": heyətlər
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
"Real" Beyli satmağa hazırdır
"Qəbələ" - "Keşlə" : 48-ci duel
"Bizə ardıcıl 3-4 oyunda qələbə lazımdır" - Sarri
İkardi tibbi müayinədən keçdi
Bundesliqada 22-ci turun ən gözəl qolları - Video
"Qarabağ" "Sabah" üçün başladı
Kavani məşqlərə başladı
Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı
Xedira ürəyindən əməliyyat olundu
Emil Balayevdən inamlı oyun - Video
Klublar Komitəsi sədr seçəcək
"Benfika" baş məşqçisi ilə bağlı qərar verdi
Maluda İsveçrə klubunda
“Qarabağ”a qol vuran futbolçu Paşayevin komandasında
Biz geri, onlar irəli...
Ya Zidan, ya da Lempard – Sarrinin yerinə 2 namizəd
PSJ Diarra ilə yollarını ayırdı
"Fənərbaxça"nın "Zenit"lə oyun üçün heyəti - Valbuena yoxdur
Xedira heyətdən çıxarıldı - ürəyində problem var
Suares 16 oyundur qol vurmur
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
Çumbinyo yeni klubunda 1 ay qalmadı
"Atletiko"nun "Yuventus"la oyun üçün heyəti - siyahı
"0:0 təhlükəli hesabdır" - Valverde
"Çempionlar Liqasında belə oynamırlar” - Klopp
Avropa Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
"Hamımız yüz faiz hazırıq" - Ramil Şeydayev
"Enfild Roud"da qol olmadı - Video
"Lion" - "Barselona": Video
Emil "Rubin"ə qarşı 90 dəqiqə oynadı - qol buraxmadı
Çempionlar Liqasında qolsuz gecə
"Liverpul" - "Bavariya": start heyətlər
"Məndə futbol virusu var" - Venger
“Yuventus” hücumçusunu satdı
La Liqada yeni rekord
Şeydayev 77 dəqiqə oynadı