Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
Səbətlər müəyyənləşdi - DÇ-2018
UEFA Pedro Enrikeni cəzalandırdı
Linklər
525ci Qəzet

"Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
A A A

[10.06.2017]
"Azərbaycansayağı künc zərbəsi" necə yarandı?

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Azərbaycan futbol ölkəsi deyil. Ancaq bu gün bir çox ölkədə tətbiq olunan bir futbol elementi var ki, onun adı Azərbaycanla bağlıdır. Söhbət “azərbaycansayağı künc zərbəsi”ndən gedir. Dəfələrlə milli komandamız və klublarımız beynəlxalq oyunlarda bu ev tapşırığından istifadə edib və müəyyən vaxtlarda bəhrəsini görüb. Budəfəki yazımız Vaqif Sadıqovun müəllifi olduğu bu taktikaya həsr olunub.

Milli komandamızın sabiq baş məşqçisi əvvəlcə məşhur künc zərbəsini hazırlamağının tarixçəsindən danışdı:

“Mən “Neftçi”yə gedən gündən standart vəziyyətlər üzərində çalışırdıq. 1994-cü ildən bu künc zərbəsindən çempionatda istifadə etməyə başladıq. O vaxt üç cür variant var idi. Haqqında danışdığımız variant uğurla sınaqdan keçdiyi üçün bunun üzərində dayandıq və getdikcə təkmilləşdirdik. Bu ev tapşırığının adı  “birinci” oldu. Məsələn, oyun vaxtı futbolçu günc zərbəsi nöqtəsinə yaxınlaşanda “birinci” deyir və hamı başa düşür ki, artıq hansı taktikanı yerinə yetirmək lazımdır.

Başqa bir variantda künc zərbəsindən ötürülən topu bir futbolçu buraxırdı, digəri zərbə endirirdi. Bundan bir müddət istifadə etdik. Sonra gördük ki, bunu bir qədər təkmilləşdirmək imkanımız var. Digər variantda isə futbolçu künc zərbəsindən ötürülən topu cərimə meydançasında olan komanda yoldaşına verirdi. Daha sonra bu taktikanın üzərində bir qədər də işlədik və sonuncu variant özünü doğrultdu. Bu, demək olar ki, bütün Avropada, bəlkə də dünyada məşhur olan künc zərbəsi oldu. Çox şad oldum ki, bu taktikadan Azərbaycanda bütün komandalar və millimiz istifadə etməyə başladı. Bu künc zərbəsini təlim-məşq toplanışlarında müxtəlif ölkələrdə tədbiq etdik”.  

Bu “ev tapşırığı”nı Vaqif Sadıqov çempionatda ilk dəfə 1994-cü ildə “Neftçi”nin baş məşqçisi olduğu vaxtda Bərdənin “Pambıqçı" klubu ilə oyunda tətbiq edib. Sadıqov 17 il əvvəl vurulan qolu belə xatırlayır: “Künc zərbəsini Yunis Hüseynov yerinə yetirdi. O, sol ayaqla çox yaxşı oynayırdı. Adətən künc zərbəsini sağdan yerinə yetirirdik. Yunisin küncdən ötürməsindən sonra əvvəlcə Bəxtiyar Musayev, sonra isə Mirbağır İsayev topu buraxdı. Cərimə meydançasına gələn Yaşar Vahabzadə isə dəqiq zərbə ilə qol vurdu. Əvvəllər bu, adi künc zərbəsi kimi qəbul olunurdu. Buna görə də bu taktikadan ilk dəfə istifadə edəndə o qədər marağa səbəb olmamışdı. Ancaq getdikcə buna maraq artdı”. 

Milli komanda səviyyəsində bu taktikadan ilk dəfə 1994-cü il Trabzonda  Avro-96-nın seçmə mərhələsində İsrailə qarşı oyunda istifadə edilib. Ancaq taktiki gediş qolla nəticələnməyib. Daha sonra millimiz Fransaya faciəvi məğlubiyyəti (0:10) zamanı da bu ev tapşırığına əl atıb. 1995-ci ildə Oserdə keçirilən oyunun ilk dəqiqələrində Rasim Abışovun zərbəsini rəqib qapıçısı Bernar Lama dəf edib. Daha doğrusu, top qapıçının alnına dəyib, geri qayıdıb. Bu künc zərbəsi fransızları təəccübləndirib. Hətta azarkeşlər bu taktiki gedişə görə komandamızı alqışlayıblar.

2006-cı ilin avqustunda millimizin İranla yoxlama oyununda da bu ev tapşırığından istifadə olunub. Elvin Məmmədovun künz zərbəsindən sonra Vladimir Levinin zərbəsini qapıçı dəf edib. 2008-ci ildə Uelslə səfər matçında isə Rəşad Sadıqovun zərbəsi dəqiq olmayıb. 2010-cu ildə İspaniya ilə Bakıdakı yoldaşlıq görüşündə də əvvəlcə Rəşad, sonra isə Mahir Şükürov künz zərbəsini qola çevirə bilməyib.

Beynəlxalq oyunlarda ilk “azərbaycansayağı künc zərbəsi”

1997-ci ildə Vaqif Sadıqovun rəhbəri olduğu U-18 millisi Avstriya üzərindəki tarixi qələbəsində qolu bu taktika sayəsində vurub. Sadıqov bunun beynəlxalq miqyasda “birinci” vasitəsi ilə vurulan ilk qol olduğunu qeyd edib:

“Bundan başqa, MDB ölkələrinin kuboku yarışında Yaşar Vahabzadə Tacikistan çempionun qapısından belə bir qol keçirib. 1997-ci ildə Türkmənistan millisi ilə Bakıdakı qarşılaşmada Rasim Abışov rəqibə bu taktika ilə qol vurub. 1999-cu ildə Estoniya ilə matçda da bu tapşırığı yerinə yetirib qol vurmuşduq. Həmin oyunu Rusiyanın “Krılya Sovetov” klubunun məşqçiləri də izləyirdi. İki gün sonra həmin klub yoldaşlıq görüşü keçirirdi. Onlar da həmin taktikadan istifadə etdilər.

Mən “Anji”də işləyəndə də bu künc zərbəsindən istifadə edirdik. “Anji”nin məşqçiləri deyirdi ki, Dağıstana gələn bütün yığma komandalar, aşağı yaş qrupundan tutmuş əsas millilərə qədər hamısı bu künc zərbəsini yerinə yetirir”.

“Azərbaycansayağı künc zərbəsi”ndən ən çox qol vuran futbolçu

Bu taktika ilə ən çox qol vuran millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdur.  UEFA kubokunun ilk təsnifat mərhələsinin cavab matçında Avstriyanın “Rid" klubunu qəbul edən “Neftçi” bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilən görüşün ilk hissədə Rəşad Sadiqovun künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Rəşad Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstiyalıları məyus edib.

2008-ci ildə  İntertoto Kubokunda “Neftçi" Slovakiya təmsilçisi “Nitra" ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda  “Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Rəşad Sadıqov vurub.

Haqqında söhbət açdığımız taktika ilə vurulan ən yadda qalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində millimiz DÇ-2012-in seçmə mərhələsində güclü Türkiyə yığmasına qalib gəlməyi bacarmışdı. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilən görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topun kapitana buraxmışdı. Rəşad Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salmışdı. Bu, oyunda vurulan yeganə qol idi.  Bu qol və ümumilikdə oyun haqda bizdən daha çox Türkiyə mediası yazmışdı. Həmin dövrdə Türkiyənin “Əskişəhərspor” klubunda çıxış edən Rəşad vurduğu qol haqda yerli televiziya kanallarının birinə açıqlama vermişdi. O, “azərbaycansayağı künc zərbəsi”nin effektli olduğunu və bu taktikadan istifadəni “Əskişəhərspor”a da təklif etdiyini bildirmişdi.    



Rəşadın türkləri çaş-baş salan qolu

V.Sadıqov üçün də Azərbaycan – Türkiyə oyunu yaddaqalan olub: “Gözəl hislər keçirdim. Sevinirəm ki, bu qələbədə mənim də hansısa formada bir payım olub. Çox şadam ki, bu tapşırıq Azərbaycan futboluna öz damğasını vurub. Həmin qələbədən sonra çox adam mənə zəng edib təbriklərini çatdırdı. Əsas odur ki, qazanan Azərbaycan futbolu olub.

R.Sadıqov Avropa Liqasında da “azərbaycansayağı künc zərbəsi”ni qolla tamamlayanlardandır. Ağdam klubunun kapitanı 25 avqust 2016-cı ildə Bakıda İsveçin “Göteborq” klubunun qapısına yol tapıb. Avropa Liqasının pley-off mərhələsnin cavab matçının ilk hissəsində Almeydanın küncdən ötürdüyü topu “Qarabağ”ın iki futbolçu buraxaraq Rəşadın zərbə vurmağına imkan yaradıb. Belə zərbələrinin mahir ifaçısı isə bu dəfə də fürsəti əldən verməyib.



Rəşadın "Göteborq"a vurduğu möhtəşəm qol

Bu taktika Vaqif Sadıqovun beyninin məhsulu olsa da, o, bunu tək öz adına yazmaq istəmədiyini deyir: “Getdikcə görürük ki, bu taktikadan məşhur klublar da istifadə edir. Ancaq sevinc hissi keçirirəm. Hərdən görürük ki, dünyada vurulan ən yaxşı qolların top 10-luğunda bizim künc zərbəsindən də istifadə edilib. Sevindirici haldır ki, Azərbaycan futbolu ilə bağlı olan künc zərbəsi var. Ən yaxşı hal odur ki, bu taktika “azərbaycansayağı” adını daşıyır. Deməli, bizdən Avropaya nəsə ötürülüb, Azərbaycan bu taktikanın xeyrini görüb. Bu uğuru heç də öz adıma yazmaq fikrində deyiləm. Düşündüyümüz taktika ilə qolları  yetirən futbolçuların zəhməti az deyil.

Qolların hamısı gözəl olub. Bəlkə də “Pambıqçı”ya vurduğumuz qol birinci olduğu üçün daha yadda qalan oldu. Mənim üçün ən vacib qol o idi. Məhz o qoldan sonra biz bu gün istifadə edilən taktikanın üzərində dayandıq. Digər qolları da nəzərdən keçirsək, görərik ki, hər birinin öz yeri var.

Bu yaxınlarda bizim aşağı yaş qrupları üzrə komandalarımızdan biri beynəlxalq turnirdə bu taktika ilə qol vuraraq qələbə qazanıb. Deməli, hələ də komandalarımız bundan bəhrələnirlər. Hər bir taktikaya yeni bir cizgi salmaq mümkündür. Bunun üçün çalışmaq lazımdır. Məncə, gələcəkdə bu taktikanın daha da təkmilləşdirilmiş bir variantının şahidi olacağıq. Bəlkə də bu gün ayrı-ayrı taktikalardan istifadə olunur. Ancaq bəhrəsi görülmədiyi üçün yadda qalmır. Bizim taktikamız isə qol şansının daha çox olması ilə seçilir. İstərdim ki, ilkə imza atanlar Azərbaycan klubları və məşqçiləri olsun”.

Sonda xatırladaq ki, bu gün DÇ-2018-in seçmə mərhələsində millimiz Şimali İrlandiya yığmasını qəbul edəcək. Haqqında bəhs etdiyimiz taktika ilə uzun müddətdir qol vura bilməyən millimizin bugünkü görüşdə bizi istənilən qolla sevindirməsi diləyi ilə...

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

5304 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
 
 
  18.11.17
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:36
  “Millidə mənim kimi futbolçuya ehtiyac var” – İlqar Qurbanov
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore