Azərbaycan boksçusu Avropa çempionatının finalında

Azərbaycan boksçusu Avropa çempionatının finalında
BOKS 21 Avqust 2026 / 12:31 258
-  A +

Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

Əli Baxışov final döyüşündə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.

Bannuçiçək Nəsirli (48 kq) isə yarımfinalda İrlandiyalı Ellen Coysa uduzaraq Avropa çempionatının bürünc medalına sahib olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner