Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..

Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
YAZARLAR 24 Aprel 2017 / 12:13 5689
-  A +

Klub rəhbərliyinin başını itirməsi azarkeşlərə və jurnalistlərə olan münasibətdən açıq görünür. Elxan Abullayevin oyunboyu top itirən, yalnız limit pozulduğu bilinəndən və "qarı-qapı"dan sonra 90+da ilk düz ötürməsini verən Namiqi saxlayıb, ilk qolu yaradan cütlüyü və təcrübəli Ruslan Abışovu dəyişməsi də bəlkə də bu "başgetmə"nin təzahürüdü.

Amma limit məsələsi bəlkə də təxribatdı...

Azərbaycan futbolundan fələk də baş açmadığından biz hardan bilək?

Bəlkə də heç Elxan müəllim özü də nə baş verdiyinin fərqində deyil. Elxan müəllim fərqində olsa belə, Çingiz müəllimin bu çərxi-fələkdən bir şey anlamadığına inanıram.

Azərbaycanda niyə futbol olsun ki? Bizə elə "fitbol" yaraşır...

***

Maaşları verməyib, idmançıları federasiya prezidentinin üzünə qoyub, mətbuatda biabır etməyin ardından gündə bir qitədə turnirlərə yollanmaq... Koreyadan vurub Braziliyadan, Yaponiyadan vurub Antarktidadan çıxmaq... Bu qayğıdan, hazırlıqdan sonra, təbii ki nəticələr olmalıdı! "Sən demə, bizdə cüdo var, sadəcə, keçmiş federasiya rəhbərliyi zəif imiş..."

***

Azərbaycana futbol yaraşmır!

Futbol indi iki klanındı. Bu klanların mehriban düşmənçiliyi futbolun başında çatlayır. "Neftçi"nin timsalında bu daha qabarıq görünür...

***

Hər şey bu komandanın da hansısa klanın əlinə keçməsi üçündüsə, niyə əldən buraxırdız ki?

Klubu axırıncı yerlərə salıb, 0:8 uduzdurub, azarkeşlərə "istefa" qışqırtmaq və istəyə çatandan sonra "sən demə, "Neftçi" yaxşı komandadı, amma keçmiş rəhbərliyi zəif idi" dedirtmək üçün?

"Neftçi"nin yubileyi niyə klubu gerçəkdən sevən adamların burnundan gəlməliydi ki?

Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim...

Anar ŞABANOĞLU
"Futbol+" qəzeti

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər