Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Çindən “Qarabağ”ın sabiq oyunçusuna təklif

Yazarlar
 Belə də yox...
Aydın BAĞIROV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə
qurtuldu...
Şakir YAQUBOV
 Stadionun yolunu tanımayan futbol azarkeşləri
Aqil Abbas
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
AZAL - "Qəbələ" - Şəkillər
Top 5
Premyer Liqamızda qış transferləri - Yenilənir
Rəşaddan alqışlanacaq addım
“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
Kamran “Benfika”nın futbolçuları ilə dalaşdı - Video
Linklər
525ci Qəzet

"Ramin Musayev və Xaqani Məmmədov o hakimi müdafiə edirsə, deməli, bizə qarşı sistemli iş gedir"
A A A

[30.11.2016]
"Ramin Musayev və Xaqani Məmmədov o hakimi müdafiə edirsə, deməli, bizə qarşı sistemli iş gedir"

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

- Topaz Premyer Liqasının XIII turu başa çatdı və komandanız mövsümdə ilk dəfə liderliyi əldən verdi. Bu, həm də, çempionatdakı ilk məğlubiyyətinizlə müşayiət olundu...

- Hər şeydən əvvəl onu deyim ki, mən komandamı məğlub hesab etmirəm. Futbolçuların hər biri layiqli oyun sərgilədi, məşqçinin verdiyi bütün tapşırıqları tam yerinə yetirdilər. Təəssüf edirəm. Bu klubu qurmağımızın 10 ili yenicə tamam olub. Qısa zaman kəsiyində ölkə futboluna çox yeniliklər gətirmişik. Bunlardan hər biriniz xəbərdarsınız. Amma, məncə, gətirdiyimiz ən vacib yenilik pərdəarxası oyunlara qol qoymamağımızdı. Biz həmişə oyunumuzu meydançada, 90 dəqiqə ərzində oynamışıq. Belə vacib oyunda bu qədər səhvə yol vermək olmaz. Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidi.

- Belə başa düşürük ki, məğlubiyyətinin məsuliyyətini tamamilə hakimlərin üzərinə atırsınız.

- Mən, həqiqətən də, özümüzdə də səhvlər axtarmağa çalışıram, lakin bu oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini düşünürəm. Biz rəqibin oyun tərzini bilirik və taktikamızı məhz bu tərzə görə müəyyənləşdirmişdik. Gördüyünüz kimi, hakimlərin qəti müdaxiləsinə qədər taktikamız özünü doğruldurdu. Qapımıza penalti təyin olunana kimi dəfələrlə bizə qarşı qayda pozuntuları qeydə alınmışdı, amma bu hallar belə bizim mübarizliyimizə xələl gətirmir, sanki futbolçular həm də hakimlərə qarşı oynamaqdan bir az da həvəslənirdilər. Hətta haqsız penaltinin, təəssüf ki, qola çevrilməsindən sonra belə, komanda öz oyununu itirməmişdi. Məhz oyunun bitməsinə 1 dəqiqədən də az qalan vaxtda rəqibin 20 nömrəli futbolçusunun (Riçard Almeyda – red) inamsız ötürmə verməsi, Ozobiçin topu yaxalayaraq hücuma atılması bu dediyimi sübut edir. Belə epizodlarda psixoloji durum önəmli rol oynayır. Özüm də idmançı olmuşam, çox vacib görüşlərə çıxmışam. İdmançının hakimin antipatiyasını hiss etməsi, doğrudan da, həmin an üçün həlledici olur. Diqqət etsəniz, Almeydanın qırmızı vərəqə aldığı vaxtda oyunun bitməsinə 20 saniyə qalır. Bizim cərimə zərbəsini yerinə yetirdiyimiz andan qolun vurulmasına qədər olan müddət isə 1 dəqiqə 20 saniyədi. Yəni, hakim oyunu 1 dəqiqə artıq oynadır. Gözləri hakimin fitində olan futbolçularımız həmin taleyüklü 1 dəqiqənin içində oyunun bir neçə dəfə başa çatacağını gözlədikləri üçün diqqətləri yayınır və beləcə, rəqibin növbəti qolu vurmasına şərait yaranır. Komandamız əslində, baş hakimə qarşı da ciddi müqavimət göstərdi, amma hakim hər hərəkəti ilə göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək, etdi də. İşini başa vuran kimi oyunu da bitirdi.

- Dediyiniz məqamlarla yanaşı, hakim qırmızı vərəqə almış Riçard Almeydanın meydançanı tam tərk etməsini gözləməli, həmçinin, hesab 2:1 olarkən “Qəbələ”nin mərkəzdən oyunu başlamasından sonra final fitini verməli idi. Bu məqamlar oyun qaydalarının pozulmasıdı və matçın yenidən keçirilməsi tələb etməyinizə səbəb ola bilər.

- Əvvəla onu deyim ki, buraxdığı səhvlərin fərqində olduğuna görə baş hakimin özünüidarəni itirdiyi kənardan asanlıqla sezilirdi. Lakin FIFA referisi bu qədər kobud səhvlərə, xüsusilə, belə oyunlarda yol verməməlidi. Dünən oyundan sonra ümid edirdim və gözləyirdim ki, PFL və Hakimlər Komitəsi tərəfindən günahkar hakimlərin hər biri həm layiqli cəzalarını alacaqlar, həm də ali futbol qurumu bu qərəzin nədən doğduğunu aydınlaşdırmağa çalışacaq. Amma bu gün həm PFL rəhbəri Ramin Musayev, həm də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdə hakimi müdafiə etmələri dünənki idarəçiliyin təsadüf olmadığına məndə əminlik yaratdı. Bütün ölkənin, mütəxəssislərin yekdilliklə “penalti deyil” fikrini qəbul etməyib, o hakimi müdafiə edirlərsə, deməli, sistemli iş gedir, “Qəbələ”nin uğuru əngəllənir. Bu, səhv yox, həmin şəxslərin klubumuza qarşı olan qərəzidi. Oyun qaydalarının pozulmasını isə protokola qeyd etmişik. Təkrar keçirilmə ehtimalını yüksək dəyərləndirmirəm. Mən gördüyümü gördüm. İndidən sonra heç kim mənə “Qəbələ”yə qarşı antipatiya olmadığını deyə bilməz.

- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?

- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.

-  Baş məşqçiniz mətbuat konfransında hal-hazırda evində olmaq istədiyini bildirdi. Bu, onun komandadan ayrılmaq istəyinə dəlalət etmir ki? Bu haqda söhbətiniz olub?

- Əlbəttə, məşqçi və komanda ilə görüşümüz oldu. Hər birinə mübarizənin başa çatmadığını, hələ qarşıda 15 oyun qaldığını bildirdim. Roman isə həmin anda olan hislərini ifadə edib. O, mübariz insandır, belə anlarda yandaşlarını yarı yolda buraxmaz. Bütün bu dediklərimlə yanaşı, həm məşqçilər, həm də futbolçuları necə motivasiya edəcəyimi bilmirəm. Haqları yeyildiyini hər biri gördü. Hakimlərə, rəqib futbolçulara veriləcək cəzalar belə onları sakitləşdirməyəcək.

4424 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
ARXİV                       
 
16.01.2017  12:04 Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”
12.01.2017  13:28 “Bizim verilişlərdən sonra AFFA prezidenti stadionlara girişimi qadağan etdi”
09.01.2017  13:40 "Nəinki "Qarabağ", heç bir kluba keçmək istəmirəm" - Rauf Əliyev
06.01.2017  16:53 ”Qəbələ” hakim səhvlərinə görə ilk pillədə deyil”
29.12.2016  16:12 "Ehtiyac olsa, Adil Şükürovla məsləhətləşərəm" - Ayxan Abbasov
29.12.2016  13:16 “Almeydaya transfer təklifi gələndə birinci mənə deyir” – Qurban Qurbanov
27.12.2016  13:11 "Rəşad da dərk edir ki, onu əvəzləyə biləcək futbolçu yoxdur" - Vaqif Sadıqov
26.12.2016  15:52 “Xarakterləri bizim futbolçulara irəli getməyə imkan vermir”
23.12.2016  14:29 “Portuqaliyadan evə qayıtmağı yox, orda qalıb irəli getməyi düşünsünlər” – Vəli Qasımov
17.12.2016  21:23 “Beşiktaş”dan da yaxşı komanda ilə oynamışıq" - Əfran İsmayılov
17.12.2016  20:59  “Qarabağ” dünya səviyyəli komandadır"
15.12.2016  13:55 "Qarabağ"la "Qəbələ"nin bizdən heç bir üstünlüyü yoxdur, əgər güclüdürlərsə..."
14.12.2016  15:21 “Pullarını alsalar, şikayətlərini geri götürəcəklər” – Yaşar Seyidov
01.12.2016  15:00 “Qarabağ”la “Qəbələ” arasındakı rəqabətə ləkə salmaq lazım deyil” - Qara Qarayev
29.11.2016  16:45 “Futbolçu göbələk deyil ki...” – Elvin Məmmədov
28.11.2016  15:29 "Bu dəfə İtaliya sindromunu qırarıq" - Vüqar Nadirov
28.11.2016  12:15 Vidadi Rzayev: “Baxıcı millimizin baş məşqçisinə demişdi ki, sən göydə öləcəksən”
25.11.2016  11:25 "Alınmadı" - Rikardinyo
20.11.2016  13:57 “Gördülər ki, oyunu satmıram, kofemin içinə yuxu dərmanı atdılar” - Vidadi Rzayev
18.11.2016  13:46 Adil Şükürov: “Əvvəlki gücümüzü qaytaracağıq”
 
 
 
  17.01.17
16:37
  “Mən çempion olmaq yox, həyatda qalmaq üçün boksa qayıtdım”
16:13
  "Kəpəz"dən heç-heçə
15:52
  "Yuventus"un yeni loqosu
15:20
  Rahid Əmirquliyev kollektivdən ayrı düşdü
14:57
  "Ağ-göy" formanı geyinsələr, o komandada oynayaram" - Aqolli
14:33
  Şeydayev üçün yeni rəqib
14:22
  Etopaz-da 13 canlı oyun
14:00
  "İnter"in sabiq futbolçusu İspaniya klubunda
13:38
  Bir Eldar Əzimzadə vardı.... – Tarixin şəkli
13:31
  Çindən “Qarabağ”ın sabiq oyunçusuna təklif
13:12
  Hakimlərimiz üçün Antalyada daha 3 oyun
12:48
  Maşallah Əhmədovun məhkəməsi təxirə salındı
12:29
  "Mançester Siti"dən Messi üçün 100 milyon funt sterlinq
12:00
  "Neftçi" Rusiya klubuna qarşı
11:35
  Millimizin məşqçiləri oyunları izlədi
11:20
  "Qəbələ"də istirahət günü - Video
11:05
  "Qarabağ"da yaxşı illərim keçib" - Namiq Ələsgərov
10:51
  Millimiz Estoniya ilə qarşılaşacaq
10:44
  Van Qal məşqçi karyerasını başa vurdu
10:30
  Premyer Liqamızda qış transferləri - Yenilənir
10:11
  Fransada dekabrın ən yaxşı oyunçusu odur
01:30
  Ozobiç "Qəbələ"yə qoşuldu
01:25
  "Qəbələ" Albaniya klubuna uduzdu
01:11
  "Sumqayıt"ın ikinci məğlubiyyəti - Video
00:41
  “Milan”ın hücumçusu “Spartak”da - rəsmi
00:25
  "İnter"in "Ordabaşı" ilə heç-heçəsi - Video
00:01
  "Beşiktaş"dan vacib qələbə - Video
  16.01.17
22:51
  "Real" və "Barselona"nın təklifini rədd etdim" - Poqba
22:04
  "Beşiktaş"dan qələbə
21:43
  "Qarabağ"da istirahət
20:54
  "İrəliləyişi artıq hiss edirik" - Samir Abasov
20:08
  "Sumqayıt" - "Nasaf" - Şəkillər
19:10
  Millimiz Almaniya klubuna uduzdu
18:48
  Rəşaddan alqışlanacaq addım
18:30
  "Sumqayıt" Özbəkistan klubuna uduzdu
17:40
  “Şalke”nin futbolçusu İstanbul klubunda
17:10
  Robben daha bir il "Bavariya"da - rəsmi
16:43
  “Monako” Çinin 50 milyon avroluq təklifini rədd etdi
16:23
  Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
15:57
  “Beşiktaş” Quarejma ilə müqaviləni uzadır
15:47
  “KİA Motors”dan 10 min manatadək endirim!
15:43
  Futzal millimizin baş məşqçisi istefa verdi
15:30
  Hakimimiz AÇ-nin seçmə mərhələsində
15:12
  “Cavadovun oyununa baxmadan nəsə deyə bilmərik”
14:40
  Superliqada növbəti baş məşqçi istefası
14:31
  Məşhur rus qəzetinin manşetindəki azərbaycanlı - Tarixin şəkli
14:22
  Etopaz-da 9 canlı oyun
13:56
  Maradona “Napoli”yə qayıdır
13:41
  Aleksandr Səmədov rəsmən “Spartak”da
13:19
  Paraqvaylı futbolçu “Neftçi”də
12:52
  "Zirə" Türkiyəyə getdi
12:23
  Çin legioner limitini dəyişdi - rəsmi
12:04
  Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”
11:36
  “Qarabağ” o futbolçunu göndərdi
11:20
  Millimizin qələbəsi - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore