"Qəbələ" klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Ronaldinyonun iştirakı ilə Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib.
Qol.az-ın yaydığı xəbərə görə, tədbirdə braziliyalı ulduzla yanaşı "Qəbələ" klubunun prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədov, "Qəbələ" akademiyasının direktor müavini Nail Kərimov iştirak edib.
Tədbiri giriş sözü ilə Nail Kərimov açıb. O, Ronaldinyonun ölkəmizə gəlişinin səbəblərindən söz açıb. Qeyd edib ki, tezliklə ölkəmizdə "Ronaldinho Soccer Academy" fəaliyyətə başlayacaq.
Daha sonra "Qəbələ" klubunun prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb.
- Bir müddətdir Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. İmkan bu günə idi. Sevinirik ki, braziliyalı futbolçu hazırda paytaxtımızdadır. Məqsəd Bakıda futbol akademiyası yaratmaqdır. Daha öncədən Qəbələdə klubumuzun akademiyası fəaliyyət göstərir. İndi də Bakıda akademiya yaradırıq. Ümid edirik ki, bu akademiya Azərbaycanda futbolun inkişafına kömək edəcək. Azyaşlılarda futbola daha da maraq yaranacaq. Ronaldinyo öz komandası ilə akademiyanın fəlsəfəsini yaradacaq. Akademiyanın harada yerləşəcəyi hələ məlum deyil. Yaxınlarda bununla bağlı qərar veriləcək. Fürsətdən istifadə edib, Bakıya səfər etdiyinə görə Ronaldinyoya, gələcəkdə bizə göstərcəkləri dəstəyə görə isə AFFA-ya minnətdarlıq edirik.
- Ronaldinyonun razılığını almaq çətin olmadı?
- Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridi. Bunu özünə də demişəm, Onun gəlişi gündəmdə yox idi. Amma iş elə gətirdi ki, danışıqlara başladıq. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərdiyini bilirdik.
- “Qəbələ” bu gün “Sent Etyen”lə qarşılaşacaq. Nə gözləyirsiniz?
- Məlum səbəbdən Fransaya gedə bilmədim. Çox vacib oyundu. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin oyun olacaq. Amma futbolçular və məşqçilər söz veriblər ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun gözləyirik.
- Ronaldinyonun “Qarabağ” – PAOK oyununda iştirakı baş tutacaqmı?
- Hər şey proqramdan asılıdır. Buna çalışağıq.
- Ronaldinyo “Qəbələ”də oynasa, stadiona xeyli azarkeş gələr. Bunu nəzər alıb, onu komandada saxlamaq planınız var?
- Böyük marağın olacağını bilirik. Ancaq inanıram ki, uşaqlar akademiyaya da maraq göstərəcəklər. O ki qaldı Ronaldinyonun “Qəbələ”də oynamasına, bu sualı özünə versəniz yaxşı olar. Təbii ki, ulduz futbolçunun Azərbaycanda oynaması gözəl olar.
- Yeni yaradılacaq akademiya Qəbələdə fəaliyyət göstərə bilər?
- Qəbələdə buna ehtiyac yoxdur. Çünki orada akademiyamız var. Qəbələdə infrastruktur olsa da, Bakıda ora gedib yaşamaq çətindir. Bakıda olması ona görə yaxşıdır ki, uşaqlar məşqdən sonra evlərinə rahat qayıdırlar. Akademiya dəqiq Bakıda olacaq. İstərdik ki, müxtəlif yaş qruplarından, U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim akademiyaya rəqib tapmaq çətindir. Ona görə istərdik ki, yeni akademiyanın uşaqları ayrı klub kimi çempionatda iştirak etsinlər.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır